Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmininə xidmət göstərir
30.11.2016 [09:30]
Diferensial tariflərin tətbiqi nəticəsində aylıq istehlak həcmi limitini keçməyən abonentlərin təbii qaz və elektrik enerjisi üzrə ödənişlərində artım olmayacaq
Öz iqtisadi inkişaf tempinə görə yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən iqtisadi, sosial islahatlar birmənalı şəkildə dinamik tərəqqinin əsasını təşkil edir. Təkmil iqtisadi inkişaf modellərinin uğurla tətbiq olunması, vətəndaşların rifahının yüksəlməsinə xidmət edən dövlət siyasətinin həyata keçirilməsi dövlətimizin inkişafını dinamik və intensiv surətdə təmin edən faktorlar qismində çıxış edir. Xüsusilə, son dövrlərdə dünyada cərəyan edən qlobal maliyyə böhranı, neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutaların devalvasiyaya uğraması fonunda Azərbaycanda vətəndaşların sosial müdafiəsinin təşkili ön planda dayanır.
Sosial xidmətlərə görə tariflər vətəndaşların sosial durumu ilə uzlaşdırılıb
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib. Bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Digər ölkələrdəki praktikaya nəzər saldıqda bir məqam vurğulanmalıdır ki, ölkəmizdə sosial xidmət tarifi hər zaman vətəndaşların sosial durumu ilə mütənasib şəkildə tənzimlənib. Başqa sözlə desək, Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Bu isə sosial ədalət, sosial dövlət prinsipinin qanunauyğunluğudur. Bu, həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını, sosial-iqtisadi siyasətimizin məhz vətəndaşların rifahına xidmət göstərdiyini növbəti dəfə təsdiqləyir.
Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tarif yanaşması tətbiq olunacaq
Yeri gəlmişkən, noyabrın 28-də Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarında da ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb. Qeyd edək ki, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Diferensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Artıq ölkəmizdə analoji prinsip, yəni tariflərin diferensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir.
Əhali abonentlərinin 62 faizinin təbii qaz üzrə illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır
Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılır, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilir.
Başqa sözlə, əhali üzrə hər bir abonent üçün illik 1500 kubmetr sərfiyyat müəyyənləşdirilib. Əgər abonent 1 il ərzində 1500 kubmetr qaz istehlak edəcəksə, o, bu halda qazın hər kubmetrini əvvəlki qaydada 10 qəpiklə ödəyəcək. İllik qaz sərfiyyatının 1500 kubmetrdən çox olan hissəsi isə artıq yeni tariflə ödənəcək.
Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün qiymətlər dəyişdirilməyib
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.
Beləliklə, diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Yeni tariflər məhz həmin limitdən sonrakı həcm üçün hesablanacaq.
Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək
Vurğulamaq lazımdır ki, diferensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq. İkinci bir tərəfdən, bu təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək.
Həmçinin tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi də nəzərdə tutulur. Bu fakt da özlüyündə Azərbaycan dövlətinin vətəndaşların sosial rifah halını hər zaman nəzərə aldığını, sosial müdafiəsini əsas götürdüyünü nümayiş etdirir.
Yeri gəlmişkən, sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunub ki, bu addım da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır. Belə ki, şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satışı 9 qəpik səviyyəsində təsdiq edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

