/ / Valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün Masazırda yaşayış binası istifadəyə verilib
Valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün Masazırda yaşayış binası istifadəyə verilib
27.12.2016 [10:15]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib
Dekabrın 26-da Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 120 mənzillik başqa bir binanın da təməlini qoyub.
Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir. Uşaq evlərinin məzunu olan gənclər üçün Masazır qəsəbəsində salınan yaşayış massivində 2014-cü ilin dekabrında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə ilk 13 mərtəbəli, 120 mənzilli binanın açılışı olub. Geniş infrastruktur işlərinin görüldüyü ərazidə bu il daha bir bina tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.
Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, iki blokdan ibarət binadakı mənzillərin hamısı yüksək səviyyədə təmir olunub, mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.
Uşaq evlərindən məzun olan gənclərin mənzillə təmin edilməsi və onların məşğulluğunun artırılması Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələr sırasında mühüm yer tutur. Bununla da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətdə çoxdan bəri mövcud olan narahatlığa son qoyur. Çoxdandır həllini gözləyən uşaq evlərindən məzun olan gənclərin sonrakı taleyi ilə bağlı ictimai narahatlıq məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aradan qaldırılır. Ötən illərdə paytaxtın müxtəlif yerlərində Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən bu cür mənzillər Azərbaycan vətəndaşına, onun problemlərinin həllinə yönələn möhtəşəm layihə olmaqla yanaşı, həm də birinci xanımın sosial müdafiəyə daha çox ehtiyacı olan insanlara, xüsusilə də uşaq evlərindən çıxmış gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bu fikir yeni mənzilin sahibləri olan qızlarla görüşdə də dilə gətirilib. Qızlar Azərbaycanın birinci xanımına gördüyü işlərə, hər zaman onlara dəstək verdiyinə görə təşəkkür ediblər. Bu mənzillərin onlar üçün Yeni il ərəfəsində ən gözəl hədiyyə olduğunu deyiblər.
Mehriban Əliyeva da onları yeni mənzillərə görə və qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ərazidə sayca üçüncü 120 mənzilli, 13 mərtəbəli binanın təməlini qoyub.
İnşa olunacaq binanın birinci mərtəbəsində uşaq bağçasının yerləşdirilməsi nəzərdə tutulub. Böyük sosial əhəmiyyəti olan bu layihənin icrası nəticəsində uşaq evlərini bitirən gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binada trenajor, stolüstü tennis və internet zalları fəaliyyət göstərir. Qeyd edilən xidmət sahələrində də məzunların özləri çalışır ki, bu da onların işlə təmin olunmasında mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05

