Milli Məclisdə “Müasir çağırışlar və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib
01.02.2017 [10:36]
Yanvarın 31-də Milli Məclisdə “Müasir çağırışlar və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən parlament sədrinin müavini Bahar Muradova bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması təsadüfi deyil. Hazırda bütün qitələrdə bəşəriyyəti narahat edən problemlər olduğunu, dünyanın sivilizasiyalararası və dinlərarası ziddiyyətlərdən daha çox ziyan çəkdiyini qeyd edən Milli Məclis sədrinin müavini bildirib ki, bu gün daha çox təhdidlərlə üzləşən İslam ölkələridir. Qərb-Şərq qarşıdurmasından daha çox İslam ölkələri əziyyət çəkir. Qərbin və Şərqin qovuşuğunda yerləşən Azərbaycan müasir, inkişaf etmiş, xalqının sosial rifahına nail olmuş ölkə kimi İslam həmrəyliyinə öz töhfəsini verməyə çalışır. Azərbaycan Prezidenti müasir dünyanın üzləşdiyi təhdidləri nəzərə alaraq 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu qərarın verilməsini şərtləndirən bir sıra vacib məqamlar var: “Bu məqamlar, əlbəttə ki, müasir dünyamızda narahatlıq doğuran, insanlığı, dövlətləri, onlar arasındakı münasibətləri təhdid edən müxtəlif çağırışların meydana gəlməsidir. Bu çağırışlar istər ayrı-ayrı ölkələrin daxili vəziyyətini, istərsə də beynəlxalq aləmdəki durumunu getdikcə daha da çətinləşdirir. Biz iqtisadi çətinliklərlə, siyasi kataklizmlərlə, təbiət hadisələri ilə üz-üzə gələndə o qədər də əziyyət çəkmirik. Əksinə, artıq son onilliklərdə yaranmış sivilizasiyalararası, dinlərarası ziddiyyətlərdən daha çox əziyyət çəkirik”.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, İslam aləmində həmrəylik bütövlükdə dünyanın marağında olmalıdır.
Bahar Muradova qeyd edib ki, Azərbaycanın milli-mənəvi dəyərləri, adət-ənənələri nəsillərin süzgəcindən keçib gəlib. Milli-mənəvi dəyərlərimiz mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Onlardan ən vacibi dini dəyərlərimizdir ki, bu da çox böyük əhəmiyyət kəsb edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsü müsəlman dünyasında İslam həmrəyliyinə çağırış kimi qiymətləndirilir. Bunun Azərbaycan üçün ictimai, siyasi, sosial, iqtisadi əhəmiyyəti var.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamında söhbət təkcə dindən getmir. İslam dünyasında həmrəylik təkcə dinlə bağlı deyil. Dünyada mövcud olan bugünkü çağırışlar baxımından İslam həmrəyliyi mühüm önəm kəsb edir. Çünki bu gün İslam dünyasına qarşı müəyyən təzyiqlər müşahidə edirik: “Bu baxımdan İslam dünyasının iqtisadi sahədə həmrəyliyi, beynəlxalq təşkilatlarda həmrəyliyi olmalıdır. İslam dünyasında məzhəblərarası vəhdət yaratmaq ideyası əvvəllər də var idi, bu gün də var, sonra da olacaq. Bu gün müasir dövrün çağırışları baxımından İslamda həmrəyliyin olması vacibdir, çünki bu dinə qarşı müəyyən təzyiqlər mövcuddur”.
Milli Məclisin deputatı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva “İslam Həmrəyliyi İli”nin bəşəri təşəbbüs olduğunu qeyd edib. O, bu təşəbbüsün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Malidə keçirilən 12-ci sessiyasında da məmnunluqla qarşılandığını diqqətə çatdırıb. G.Baxşəliyeva İslam ölkələrinin din xadimlərinin Azərbaycana səfər etməsinin vacibliyini qeyd edib. Bildirib ki, onların bir müsəlman ölkəsinin necə inkişaf etməsini görmələrinə ehtiyac var.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəttah Heydərov, Nizami Cəfərov və Hikmət Məmmədov bildiriblər ki, İslam həmrəyliyi sivilizasiyalararası həmrəyliyə bir körpü yaratmaq məqsədi daşıyır. Azərbaycanın yürütdüyü bu sülhsevər siyasət dünya dövlətləri, xüsusilə müsəlman ölkələri tərəfindən məqbul model kimi qəbul olunur.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

