/ / Məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
Məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
16.02.2017 [10:06]
Ölkə Prezidentinin fevralın 14-də imzaladığı Fərman qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlandığını, bu məsələlərə qayğı ilə yanaşıldığını bir daha təsdiqləyir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 14-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Bu Fərman ölkə başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Belə ki, Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Qeyd edək ki, həmin kontingent 01.02.2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq.
Bununla yanaşı, yeni Fərmana əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Sənəddə Nazirlər Kabinetinin 3 gün ərzində limitləri müəyyən etməsi, 15 gün ərzində isə qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün ölkə başçısına təqdim etməsi tapşırılıb.
Fərmanda o da qeyd edilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etməlidir. Bununla yanaşı, Dövlət Komitəsi imzalanan Fərmanın müvafiq bəndinə əsasən nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin edəcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi dövlət başçısı İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısının daha bir təzahürüdür. Millət vəkilinin sözlərinə görə, bu, bir daha onu göstərir ki, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. M.Quliyev deyib ki, bu Fərman keçmiş yataqxanalarda, müalicə pansionatlarında və digər binalarda yaşayan məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə, onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcək: “Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib və bu Fərmanda dövlətimizin məcburi köçkünlərə diqqətinin ifadəsidir”.
Milli Məclisin deputatı İmamverdi İsmayılov ölkə Prezidenti İlham Əliyevin məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi addımlar atdığını diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ölkə başçısının imzaladığı Fərman mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin məcburi köçkünlərə xüsusi diqqət ayırması dövlətimizin iqtisadi qüdrətinin bariz göstəricisidir: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında dayanır. Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onların problemləri ilə yerində tanış olur, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində tapşırıqlar, göstərişlər verir. Ölkə başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi xalqımızın Ona göstərdiyi etimadı fəaliyyəti boyunca doğruldub. Bu gün ölkəmizdə çadır şəhərcikləri qalmayıb. Məcburi köçkünlərimizin mənzil şəraitləri yüksək səviyyədə təmin edilir. Azərbaycan xalqı inanır ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və ölkə Prezidentinin fərmanları, sərəncamları məhz işğaldan azad edilən regionlarımızın abadlaşdırılmasını özündə ehtiva edəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22

