/ / Bakı Forumunun “Gənclər danışır, biz dinləyirik” mövzusunda plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
Bakı Forumunun “Gənclər danışır, biz dinləyirik” mövzusunda plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
18.03.2017 [11:12]
Martın 17-də V Qlobal Bakı Forumu çərçivəsində “Gənclər danışır, biz dinləyirik” mövzusunda plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada miqrasiya böhranı, Çinin gələcəyi və kibertəhlükəsizlik mövzuları ətrafında müzakirələr aparılıb.
Gənclər miqrasiya probleminin həllinin vacibliyindən danışaraq bildiriblər ki, miqrasiya böhranı həllini tapmadıqca dünya dövlətləri acı nəticələrlə qarşılaşacaqlar. Qaçqınların cəmiyyətə inteqrasiyası haqqında danışan mərakeşli gənc Kaoula Morchid əsas diqqəti onların təlimləndirilməsinə və işsizlik probleminin həllinə yönəldib. O, miqrantlardan insan kapitalı kimi istifadə olunmasının önəmini qeyd edib və bildirib ki, həmin miqrantlar Avropa ölkələrində avropalıların az çalışdıqları sahələrdə işləyə bilərlər. Qeyd olunub ki, miqrasiya problemləri ölkələrin iqtisadiyyatına da mənfi təsir edir. Dünyada yaşanan qaçqın probleminin həll olunması üçün bir çox sahələr inkişaf etdirilməlidir. Bu zümrədən olan insanların təhsillə təmin edilmələri daha vacibdir. Çünki təhsilli gənc harada olmasından asılı olmayaraq, gərəkli insan hesab ediləcək.
ADA Universitetinin magistri Mübariz Şahbazlı deyib ki, hər bir insanın fərdi bacarıqları var və bu bacarıqların ortaya çıxmasına imkan yaratmaq lazımdır.
Sessiyanın Çinin gələcəyinə həsr olunan hissəsində də səmərəli fikir mübadiləsi aparılıb. Çin iqtisadiyyatı haqqında danışan gənclər qeyd ediblər ki, əvvəllər Çin dünya dövlətləri arasında ən ucuz və keyfiyyətsiz məhsul istehsal edən ölkə kimi tanınırdısa, indi bu yanaşma tamam dəyişib. Bu yanaşmanı Çin özü dəyişdi. Çünki ölkənin əsas universitetlərinin apardığı tədqiqatlar və inkişaf edən iqtisadiyyat Çin məhsullarının da keyfiyyətinin artmasına səbəb oldu. Gənclərin fikrincə, hazırda Çin şirkətləri Qərb şirkətləri ilə tam rəqabət apara bilir.
Niderlanddan olan Jan Van Berkel Avropa İttifaqı-Çin münasibətlərindən danışıb. O deyib ki, Çin və Avropa İttifaqı arasında qarşılıqlı iqtisadi əlaqələr hər iki tərəf üçün faydalı olub. Avropa İttifaqı iqtisadiyyatının bütün sahələrini Çin üçün açıb. Ancaq Çin heç də iqtisadiyyatının bütün sahələrini Avropa İttifaqı üçün açmayıb. Buna misal olaraq maliyyə, informasiya və digər sahələri göstərmək olar. Çin də Avropa şirkətləri üçün bərabər şərait yaratmalıdır. Hər iki tərəfdə bazarların tam açıq olması hər iki tərəf üçün də faydalı olacaq. Çin-Avropa İttifaqı münasibətləri birtərəfli deyil, ikitərəfli olmalıdır.
ABŞ-dan olan Zakari Kay ABŞ-Çin əlaqələrinin inkişafının vacib olduğunu vurğulayıb. O deyib ki, iki nəhəng dövlətin toqquşması faciəyə səbəb olar. Çin bu qarşıdurmanın baş verməməsi üçün proqramlar üzərində çalışır. Çin və ABŞ arasında iqtisadi əməkdaşlıq nəticəsində çinlilər daha ucuz ABŞ məhsulları alacaqlar. Çin öz bazarlarını ABŞ şirkətlərinə açmalıdır. Qərb dövlətləri Çindən daha çox şey tələb edirlər. Bu məsələdə də rasional yanaşma vacibdir.
Sessiyanın digər mövzusu isə kibertəhlükəsizliklə bağlı idi. Niderlandda magistr təhsili alan Məhəmməd İbrahimovun moderatorluğu ilə keçən bu hissədə qeyd edilib ki, bu gün insanların yaşayışını internetsiz təsəvvür etmək mümkün deyil. Ölkələr bir-biriləri ilə internetlə əlaqə qurur, insanlar internet vasitəsilə işə qəbul olunur, bir sözlə, internet həyat tərzidir. Çində təhsil alan tacik əsilli rusiyalı Haydar İsmayılov bu gün kibermüharibələrin aktual olduğunu bildirib. O, hazırda müharibələrin pilotsuz dronlar vasitəsilə həyata keçirildiyini, bunun həyatımızın reallığına çevrildiyini bildirib. Çıxışlarda qeyd edilib ki, insanların təhlükəsiz yaşamaları, kibercinayətlərin qismən də olsa aradan qaldırılması üçün dünya birlik nümayiş etdirməlidir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50

