/ / Mixail Korb: Estoniya Azərbaycanla iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmaq arzusundadır
Mixail Korb: Estoniya Azərbaycanla iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmaq arzusundadır
07.04.2017 [09:53]
Aprelin 6-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, spiker qonağın Estoniya parlamentində fəaliyyətini xatırlayaraq, onun qanunverici orqanda Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri kimi gördüyü işləri yüksək qiymətləndirib. Ümidvar olduğunu bildirib ki, yeni vəzifədə o, münasibətlərimizin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcək.
Bildirilib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar xüsusi rol oynayıb. Siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin həyata keçirilməsi həyatın müxtəlif sahələrində əməkdaşlığımızın gələcək inkişafı baxımından çox əhəmiyyətlidir.
Sədr parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, deputatlarımızın mütəmadi görüşlərini, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmalarını təqdir edib.
Bildirilib ki, hər iki dövlət qısa zaman kəsiyində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün böyük yol qət edib. Bu yolun davam etdirilməsi, xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı vacib məsələlərdəndir. Biz etibarlı tərəfdaşlarla, dost ölkələrlə münasibətlərimizin daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.
Oqtay Əsədov ölkəmizdə həyata keçirilən qlobal layihələrdən danışaraq, Azərbaycanın Şimal-Cənub, qədim İpək yolunun bərpası kimi nəqliyyat dəhlizlərinin reallaşmasındakı rolu, Avropanın enerji təhlükəsizliyinə töhfələri barədə qonağa məlumat verib. Qeyd edilib ki, qarşı tərəfin də bu kimi layihələrə marağı xalqlarımızın ümumi mənafeləri baxımından başadüşüləndir.
Mixail Korb ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. Bildirilib ki, onun təmsil etdiyi ölkə Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi, mədəni əlaqələrin daha da inkişafında maraqlıdır. Siyasi münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi əlaqələrimizin iqtisadi gələcəyinə də böyük ümidlərlə baxmağa şərait yaradır.
Estoniyanın dövlət idarəçilik naziri ölkəsinin Azərbaycanın fəal iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyini, poçt-rabitə sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini dilə gətirib. Bildirilib ki, təkcə bu il iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Ancaq Estoniya Azərbaycanla iqtisadi münasibətlərini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaq arzusundadır. Bu baxımdan lazımi addımların atılması üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi çox əhəmiyyətlidir.
Görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hacı Salayev, ölkəmizin Estoniyadakı səfiri Murad Nəcəfbəyli, Estoniyanın Azərbaycandakı səfiri xanım Marin Mitus və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25

