/ / ABŞ Azərbaycanlıları Şəbəkəsi iki dinc Azərbaycan sakininin Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi ilə əlaqədar kampaniya aparır
ABŞ Azərbaycanlıları Şəbəkəsi iki dinc Azərbaycan sakininin Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi ilə əlaqədar kampaniya aparır
07.07.2017 [09:45]
ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin onun işğal edilmiş ərazilərində yerləşən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və bunun nəticəsində iki dinc sakinin öldürülməsi barədə Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə kampaniya aparır.
ABŞ Administrasiyasının üzvlərinə, konqresmenlərə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, kənd qumbaraatanlardan, 82 və 120 millimetrlik minataanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri - 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilib. Ağır yaralanmış daha bir qadın hərbi qospitala çatdırılıb.
Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə hücumlarının davam etməsi beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu ilin Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. ABŞ Azərbaycanlıları Şəbəkəsi vurğulayır ki, erməni hərbçilərinin mülki şəxslərə hücumları yeni bir şey deyildir. Bir vaxtlar səhra komandiri olan Ermənistanın indiki Prezidenti Serj Sarkisyan 1992-ci ilin fevralında Xocalı qırğınında - Azərbaycan xalqının 613 dinc sakininin, o cümlədən 106 qadının və 63 uşağın erməni hərbi hissələri tərəfindən qabaqcadan düşünülmüş şəkildə qətlə yetirilməsindən bilavasitə iştirak edib.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzünü pisləyən və işğalçı qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib.
Müraciətin sonunda deyilir ki, ABŞ Administrasiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməli və beynəlxalq hüququn aliliyinin bərpa olunmasında ABŞ-ın müttəfiqini dəstəkləməlidir.
Xəbər lenti
Hamısına baxElanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19

