ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır
08.07.2017 [12:57]
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi ilə əlaqədar rəsmi bəyanat verib.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda deyilir ki, Birləşmiş Ştatlar yenə də dinc sakinlərin, o cümlədən ikiyaşlı uşağın ölümü ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatlıq keçirir. Noyert həlak olanların ailələrinə səmimi başsağlığını ifadə edib. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı, ABŞ tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa dəvət edir.
Dövlət Departamentinin nümayəndəsi bəyanatının sonunda vurğulayıb ki, regionda ABŞ-ın siyasəti aydın olaraq qalır: “Bu münaqişənin yeganə həlli özündə güc tətbiq etməmək və ərazi bütövlüyü prinsiplərini əhatə edən beynəlxalq hüquq çərçivəsində danışıqlar əsasında tənzimlənmədir”.
Xatırladaq ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Füzuli rayonunun Alxanlı kəndi iyulun 4-də qumbaraatanlardan, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutulub, nəticədə kəndin sakini Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyeva həlak olublar.
Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon Ermənistan ordusu tərəfindən 1991-1994-cü illərdə işğal edilib. 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

