Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkmənistan əlaqələrinin daha da möhkəmləndirilməsi üçün geniş potensial mövcuddur

Azərbaycan-Türkmənistan əlaqələrinin daha da möhkəmləndirilməsi üçün geniş potensial mövcuddur

28.07.2017 [09:09]

Azərbaycanın Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
İyulun 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevlə onun xahişi ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir Mekan İşanquliyev Türkmənistanın dövlət və hökumət rəhbərlərinin səmimi salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. Hər iki xalq arasında tarixən yüksək səviyyəli milli-mədəni əlaqələrin olduğunu deyən səfir bu əlaqələrin daha da dərinləşdirilməsi üçün öz səlahiyyətləri daxilində var qüvvəsi ilə çalışacağını bildirib.
Türkmənistan səfirini yeni şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş nazir Artur Rasi-zadə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün kifayət qədər potensialın olduğunu xatırladaraq, iqtisadi-ticari əməkdaşlığın bir çox istiqamətlər üzrə, xüsusən, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımaları sahəsində, habelə humanitar sferada geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzulayan Baş nazir Artur Rasi-zadə əmin olduğunu bildirib ki, səfir Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31