Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
18.08.2017 [09:50]
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatı avqustun 17-də Azərbaycan Respublikası Milli Məclisində olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirib ki, bu cür beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın necə inkişaf etdiyinin bariz göstəricisidir. Azərbaycanda son illər bir sıra beynəlxalq tədbirlər keçirilir, dünyanı narahat edən məsələlər məhz burada müzakirə olunur və həll yolları tapılır. Bu, Azərbaycan təcrübəsini dünyaya göstərir, eyni zamanda, beynəlxalq əlaqələrimizi genişləndirir. Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib. Əsrlərdir ki, müxtəlif mədəniyyətlərin nümayəndələri burada sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Koreyalı deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu insanların arzusu doğma torpaqlarına qayıtmaqdır. Dünyada miqrant problemləri müzakirə ediləndə bütün dövlətlər birlikdə bu problemin həllinə nail olmağa çalışırlar, bundan çıxış yolu axtarırlar. Ancaq Azərbaycan illərdir ki, bu problemlə qarşı-qarşıya qalıb və bunun öhdəsindən gələ bilib.
Koreya nümayəndə heyətinin rəhbəri, Milli Assambleyanın üzvü Li Yu-yanq Azərbaycanda olmaqdan məmnunluqlarını bildirib, bu səfərin onlarda zəngin təəssüratlar yaratdığını qeyd edib. Qonaq Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində yaxın vaxtlarda Azərbaycanda Koreya mədəniyyəti günlərinin və digər tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb. O vurğulayıb ki, Koreya istehsalı olan texnologiyalar Azərbaycanın sərvətləri ilə birləşəndə böyük uğurlar əldə etmək mümkündür. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirən deputat Koreya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli şərait yaradıldığını söyləyib. O, həmçinin Bakıda 41-ci Dünya Skaut Konfransının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

