Əli Əhmədov: Məntiq tükənən yerdə böhtan başlayır
07.09.2017 [10:12]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış material ilə bağlı AZƏRTAC-a açıqlama verib. Açıqlamada deyilir:
- Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının “sevimli” məşğuliyyətinə çevrildiyi heç kimə sirr deyil. Bu “məşğuliyyətin” müxtəlif yollarla və formalarda Azərbaycana çatdırılan “məhsulların” dinamikası onu deməyə əsas verir ki, burada böyük “fayda” var. Ona görə də “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin və “Guardian” qəzetinin fantaziyasının məhsulu olan və yenə də Azərbaycana və onun rəhbərinə böhtan atması ilə diqqəti cəlb etməyə çalışan yazıda son illərin məlum trendi baxımından qeyri-adi heç nə yoxdur: kiçik fərqlə eyni sifariş, eyni sifarişçi, eyni icraçılar (personallar dəyişsə də, mahiyyət dəyişməyib). Lakin diqqəti cəlb etmək üçün “məhsula” yeni inqrediyentlər qatılması gərəkdir və bu zaman həqiqətən bütün çərçivələr aşılıb. Doğrudan da məntiq tükənən yerdə böhtan başlayır. Bu dəfə icraçılar (bəlkə sifarişçilər də) Azərbaycana qarşı böhtan atmağa o dərəcədə aludə olublar ki, Avropanın çox nüfuzlu qurumlarını çirkaba buladıqlarının belə fərqinə varmayıblar. Azərbaycana qarşı hazırlanan hesabatdan və yazıdan belə məlum olur ki, Avropa Şurası Parlament Assambleyası çox ciddi siyasi qərarlarını, yumşaq desək, hədiyyələr əsasında qəbul edir. Bu, həqiqətən AŞPA üçün çox ciddi ittihamdır və qurum onu həzm etməyə hazırdırmı?
Lakin əsas məsələ bu ritorik sualda deyil. Əgər doğrudan da sözügedən hesabatda iddia olunduğu kimi, AŞPA 2013-cü ildə Azərbaycana qarşı qərəzli tənqidi hesabatı deputatlara verilən hədiyyələrə görə rədd edibsə, demək bu qurum Azərbaycana qarşı dəfələrlə qəbul etdiyi qərəzli və qeyri-obyektiv qətnamələri də maraqlı tərəfin verdiyi hədiyyələrə görə qəbul edib. Sağlam təfəkkürlə bu məntiqə qarşı çıxmaq, düşünürəm ki, mümkün deyil. Belə olan halda AŞPA-nın hansı qətnaməsinin ədalətli, əsaslı, obyektiv, hansının isə sifarişli olduğunu təyin etmək, sadəcə, qeyri-mümkündür. Hesabatın məntiqindən belə çıxır ki, Avropanın mötəbər qurumu bütünlüklə korrupsiyalaşıb.
Sübut etməyə ehtiyac yoxdur ki, hesabatın və yazının müəlliflərinin əsas hədəfi Azərbaycan və onun gündən-günə müsbətə doğru dəyişən imicidir. Onların və onlar kimilərin bütün cəhdlərinə baxmayaraq bu və ya digər beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan beynəlxalq qurumların nümayəndələri ölkəmiz haqqında onlarda məqsədli şəkildə formalaşdırılmış stereotiplərdən xilas olmağa məcburdurlar. Son illərdə Azərbaycanda yüksək səviyyəli müxtəlif beynəlxalq tədbirlərin sayının artması sözügedən stereotiplərdən xilas olan beynəlxalq qurumların nümayəndələrinin sayının da hiss olunan dərəcədə artması ilə müşayiət olunur və nəticədə Avropanın nüfuzlu təşkilatlarında ölkəmiz haqqında həqiqətləri bilən və açıq şəkildə onu dilə gətirən insanların sayı da çoxalır. Belə bir vəziyyət məlum dairələri ciddi şəkildə narahat edir və onlar çıxış yolunu bu cür insanları şantaj edərək həqiqətin yanında olmaqdan çəkindirməkdə görürlər. Bir neçə gün bundan əvvəl işıq üzü görmüş hesabatın və yazının əsl mahiyyəti və məqsədi məhz bundan ibarətdir: şantaj, qorxutmaq yolu ilə həqiqəti etiraf etmək istəyənləri susdurmaq və Avropa mətbuatında və ictimai rəyində Azərbaycan haqqında birtərəfli və qərəzli informasiyanın şəksiz hökmranlığını təmin etmək.
Hesabat və yazı müəlliflərinin başqa bir və yenə də əsas sayıla biləcək məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Azərbaycanın son zamanlar hiss olunan diplomatik, təbliğati və əsasən də hərbi üstünlüyü ələ almasından xoflanaraq ölkəmizə qarşı mahiyyət etibarilə ikinci cəbhə açmaqdır. Məqalənin ermənipərəstliyi şübhə doğurmayan müəlliflər tərəfindən hazırlanması və münaqişənin həll edilməsi istiqamətində Minsk qrupu həmsədrləri tərəfindən səsləndirilən optimist bəyanatlarla eyni vaxta düşməsi bu tezisin ciddi əsaslara söykəndiyini təsdiq edən dəlillərin yalnız bir qismidir.
Nəhayət, onu da vurğulamaq istərdim ki, Azərbaycanın uğurlu dövlət kimi özünü təsdiq etməsi, modern, tolerant cəmiyyət imici antiazərbaycan və islamofobiya xəstəliyinə tutulmuş dairələri rahat buraxmır. Azərbaycanın müasir və tolerant imici onların yalan və böhtan üzərində qurulmuş təbliğat konstruksiyasına uyğun gəlmir. İslamofobiyanın bir çox hallarda vüsət aldığı indiki şəraitdə Azərbaycana qarşı əsassız hücumlar təkcə, necə deyərlər, ümumi tendensiyaya qoşulmaq istəyi deyil, həm də konkret məqsədlərə xidmət göstərən məkrli planın bir parçasıdır.
Yalan və böhtan heç bir mətbuat orqanına yaraşmır. Bunu illər boyu ad qazanmış “Guardian” qəzeti kimi mətbuat orqanı edirsə, bu, artıq böyük faciədir. Lakin görünür bu böyük faciənin arxasında həm də böyük maraqlar var. Özü də ciddi maddi dəyəri olan maraqlar.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59

