Elçin Mirzəbəyli: Avropa Şurası baş katibinin mülahizələri effekt verməyəcək
29.09.2017 [10:18]
“Baş katibin fikirləri əlbəttə, bütövlükdə Avropa Şurasının mövqeyi kimi qəbul edilə bilməz. O yalnız özünün subyektiv fikirlərini səsləndirə bilər. Bütövlükdə Avropa Şurasının, Parlament Assambleyasının da yaradılmasında əsas məqsəd, üzv dövlətlərin qanunvericiliyinin bir-birinə yaxınlaşdırılması, əməkdaşlıq perspektivlərinin genişləndirilməsidir. Yəni bu qurumların hər hansı birinin cəzalandırma, rəy formalaşdırma statusu yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
Əməkdaşlıq üçün yaradılan qurumların böyük əksəriyyətinin hansısa maraqlar ucbatından əsas funksiyalarını yerinə yetirmədiyinə, özlərini hakim kimi apardıqlarına təəssüfünü bildirən E.Mirzəbəyli deyib ki, bütün bunlar da həm inteqrasiya prosesinə mane olur, həm də beynəlxalq təşkilatların nüfuzdan düşməsinə zəmin yaradır: “Bu baxımdan Avropa Şurasının Baş katibi Turbyern Yaqlandın açıqlamaları qurumun özünün prinsiplərinə ziddir. Hansısa subyektiv mülahizələrə söykənərək, bu gün dünyada sülhün və əmin-amanlığın qorunub saxlanması istiqamətində əməli mövqe nümayiş etdirən, beynəlxalq birliyin ən nizamlı üzvlərindən biri olan, multikultural dəyərlərin qorunduğu bir ölkəyə qarşı qeyri-obyektiv mülahizələr səsləndirir. Hesab edirəm ki, bu şəxsin subyektiv mövqeyinə qarşı Avropa Şurasının özündə də ədalətli bir mövqe səsləndiriləcək. Onun tərəfindən irəli sürülən subyektiv mülahizələrin hər hansı bir effekt verməyəcəyini düşünürəm”.
Hazırda ortada ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün pozulması, işğalçı faktının olduğunu dilə gətirən siyasi şərhçi söyləyib ki, əgər Avropa Şurası və onun rəhbərliyində təmsil olunan şəxslər işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi-köçkün vəziyyətinə düşən 1 milyondan artıq insanın hüquqlarının müdafiəsi ilə bağlı bir kəlmə söz açmırsa, bu şübhəsiz ki, onların qeyri-obyektiv və ədalətsiz mövqeyindən, eyni zamanda işğalçının maraqlarına xidmət etməsindən xəbər verir: “Azərbaycan torpaqlarının 20 faizindən çoxu işğal olunub, 1 milyondan çox insan özünün ən adi hüquqlarından məhrum olub. Ermənistanın bu işğal faktından Azərbaycan xalqının ziyan çəkməsi, azərbaycanlıların ermənilərin etnik təmizlənməsi siyasətinə məruz qalması ilə bağlı çoxlu sayda faktlar var və bu faktlar beynəlxalq birlik və ayrı-ayrı dünya dövlətləri tərəfindən də tanınıb. Bununla yanaşı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə bağlı Avropa Məhkəməsinin də qərarları var. Belə olduğu təqdirdə Avropa Şurasının susması onların ikili standartlı fəaliyyətini göstərir”.
E.Mirzəbəyli qeyd edib ki, Avropa Şurasının xüsusilə Türkiyə və Azərbaycana qarşı təzyiqlər etməsinin arxasında erməni diasporu dayanır: “Digər tərəfdən hər iki dövlətin bölgədə öz maraqlarından çıxış etməsi Avropa Şurasının ermənipərəst dairələri ciddi narahat edir. Hər iki ölkə ilk növbədə öz dövlət maraqlarını önə çəkdiyi, bu və digər dövlətlərin, eləcə də güc mərkəzlərinin heç bir avantürist oyunlarında iştirak etmədiyi üçün də çox zaman bu cür adekvat addımlarla, həqiqətə uyğun olmayan davranışlarla, böhtan və yalanlarla qarşılaşırlar”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22

