Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Musa Qasımlı: Avropa Şurasının bu üslubu ikili standartların göstəricisidir

Musa Qasımlı: Avropa Şurasının bu üslubu ikili standartların göstəricisidir

29.09.2017 [10:22]

“Beynəlxalq və regional təşkilatlarda, o cümlədən Avropa Şurasında çalışan bəzi şəxslər Azərbaycanla hökm, təzyiq dili ilə danışmamalıdırlar. Buna əsasları və haqları yoxdur”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Musa Qasımlı Avropa Şurasının baş katibinin Azərbaycana qarşı iddialarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, belə üslub anti-Azərbaycan qüvvələrin fəaliyyətinin təzahürü və ikili standartların göstəricisidir: “Azərbaycan ilə əməkdaşlıq etməkdə fayda var. Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar düşünməlidirlər ki, Avropa Şurası Azərbaycana çox lazımdır, yoxsa Azərbaycan bu quruma? Azərbaycan bu qurumsuz da yaşaya və daha yaxşı yaşayıb inkişaf edə, Avropa isə Cənubi Qafqaz kimi strateji əhəmiyyət kəsb edən regionda güclü tərəfdaşını və beləliklə öz maraqlarının təminatını itirə bilər”.
M.Qasımlı bildirib ki, Avropa Şurası ən azı Rusiya ilə olan münasibətlərin təcrübəsini xatırlamalıdır: “Ümumiyyətlə, Yaqland Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir. Həm də Yaqland və ona bənzər bir neçə şəxs bütün Avropa Şurası demək deyil”, - deyə deputat əlavə edib.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31