/ / Sevinc Fətəliyeva: Xocalı hadisələrinə vaxtında hüquqi qiymət verilsəydi, bu gün İŞİD kimi terror qrupu da olmazdı
Sevinc Fətəliyeva: Xocalı hadisələrinə vaxtında hüquqi qiymət verilsəydi, bu gün İŞİD kimi terror qrupu da olmazdı
13.10.2017 [10:18]
İnsanlığa qarşı cinayətlər tarixboyu baş verib və təəssüflər olsun, bu gün də baş verir. Hər müharibənin və münaqişənin öz dəhşətli itkilərlə dolu tarixi var. Azərbaycan da belə faciəvi tarix yaşayıb.
Bu fikri AŞPA-da “İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.
Deputat bildirib ki, yüzlərlə dinc sakinin qəddarlıqla öldürülməsi Azərbaycan ərazisində ermənilərin törədikləri ən qanlı cinayətlərdəndir. Ötən əsrin sonlarında 613 günahsiz insan məhz azərbaycanlı olduğu üçün amansızlıqla qətlə yetirilib. Ermənilər tərəfindən törədilmiş qırğın, insanların işgəncələrlə öldürülməsi, cəsədləri üzərində təhqiramiz həqarətlər edilməsi beynəlxalq media tərəfindən sənədləşib. Bəlkə də, Xocalı hadisələrinə vaxtında düzgün hüquqi qiymət verilsəydi, dünya ictimaiyyəti siyasi məsələlərlə yanaşı, insanlıq məsələlərinə də kifayət qədər diqqət yetirsəydi, onda cinayətkar olduğunu etiraf edən Ermənistan prezidenti vaxtında cəzalandırılardı və bu gün İŞİD kimi terror qrupu olmazdı: “Hər gün İŞİD tərəfindən çəkilmiş və media vasitəsilə yayımlanan videolara artıq alışmışıq. Bu videolarda qətllərin yeni formaları, qatil qismində kiçik uşaqların çıxış etməsini, onların əsgər kimi fəaliyyət göstərməsini görürük. İŞİD qadınlara və uşaqlara qarşı dəhşətli zorakılıq aktları tətbiq edərək, özünü İslam təşkilatı kimi təqdim edir. Lakin onların fəaliyyəti heç də əsl İslama aid deyil”.
S.Fətəliyeva vurğulayıb ki, dünya ictimaiyyəti bu hadisələrə lazımi qiymət vermir. Bu gün dünya ictimaiyyəti daha çox hərbi məsələlərlə -hücumlarla, hava bombardmanları ilə, partlayışlarla maraqlanır, ancaq qadınlara və uşaqlara qarşı qəddar zorakılıq, onların istismarı, qula çevrilməsi yalnız müzakirə olunub qınanır.
“Baş verənlərə susmamalıyıq, dərhal reaksiya verib ciddi addımlar atmalıyıq. Əks halda, soyqırımlar, qadın və uşaqların müharibə silahı kimi istifadə olunması müharibənin tərkib hissəsinə çevriləcək və bunun qarşısını heç bir qanun, heç bir konvensiya ala bilməyəcək”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

