/ / Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb
14.10.2017 [09:46]
Oktyabrın 12-də Binəqədi rayonundakı “Şəfəq” pansionatında qəzalı binada məskunlaşmış məcburi köçkün ailələrinin Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə püşkatma keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev bu problemi ölkəmizin bir nömrəli problemi elan etdi və uğurlu neft strategiyasından əldə olunan ilk vəsait bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması ilə bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yaxşı göstəriciləri sırasındadır. “Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Həmçinin bütün regionlarda qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınır”, - deyə Gəray Fərhadov məlumat verib.
O, həmçinin qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Diqqətə çatdırılıb ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi dövlətimizin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Bu ilin mart ayının 9-da Birinci vitse-prezidentin yanında keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi çox geniş şəkildə müzakirə olundu və ilkin olaraq ən qəzalı vəziyyətdə olan binalarda yaşayan 4 min məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı çox ciddi tapşırıqlar verildi.
Mayın 30-da Birinci vitse-prezidentin iştirakı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik bütün infrastruktur obyektləri ilə birlikdə yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. İyunun 27-də isə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirildi və qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 214 məcburi köçkün ailəsi Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürüldü. Oktyabrın 5-də Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır və Sabunçu rayonunun Ramana qəsəbələrində yeni tikilmiş binaların açılış mərasimi oldu və bugünki püşkatma tədbirində isə məcburi köçkünlər həmin binalarda yeni mənzillərə sahib olurlar. Həyata keçirilən bütün bu tədbirlər qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir və Birinci vitse-prezidentin yanında keçirilən müşavirədə verilən vədlərin real nəticələrini ortaya qoyur.
Sonra püşkatma mərasimi keçirilib. Şuşa, Ağdam və Laçın rayonlarından olan məcburi köçkün ailələri növbə ilə püşk çəkərək yeni mənzillərə sahib olublar.
Püşkatma mərasimindən sonra təəssüratlarını AZƏRTAC-la bölüşən məcburi köçkünlər Əhmədova Zərifə, Allahverdiyeva Məlahət, Novruzov Mehman və Şükürova Gülcamal onlara göstərilən xüsusi dövlət qayğısından danışıblar. Bildiriblər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən tənzimlənməsindən söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. “Binəqədi rayonunda məskunlaşdığımız köhnə pansionat binasından yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməyimiz bizim üçün əsl bayramdır. Bu bayramı bizə bəxş etdikləri üçün, yaşadığımız ağır şəraitdən bizi qurtardığına, bizə gözəl şəraitli mənzillər verdiyinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərindən minnətdarıq”, - deyə həmsöhbətlərimiz əlavə ediblər.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

