Azərbaycanda çevik və səmərəli idarəetmə sistemi formalaşdırılır
18.10.2017 [10:16]
Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Nazirlər Kabinetində aparılan struktur islahatları qurumun fəaliyyətinin səmərəliliyini yüksəltmək, qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır
Xarici mənfi təsirlər nəticəsində yaranan və bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə Azərbaycanın mənzərəsi ölkənin potensialına və meydana çıxan çağırışlara uyğun reallaşdırılan dərinməzmunlu islahatlarla səciyyələnir. Uğurla reallaşdırılan və artıq yaxşı nəticələr verən islahatlar kompleks xarakter daşıyır və müxtəlif istiqamətləri əhatə edir. İqtisadi bloka aid islahatların həyata keçirilməsində əsas məqsəd milli iqtisadiyyatımızın güclənməsini, mənfi təsirlərə müqavimət gücünün artmasını və yeni qlobal trendlərə adekvatlığını təmin etməkdən, beləliklə də, ölkənin dinamik inkişafının ardıcıllığına nail olmaqdan ibarətdir. İnstitusional və idarəetmə sferalarını əhatə edən islahatlar isə ölkəmizin müasir dövlət quruculuğu startegiyası ilə müəyyənləşdirilən hədəflərə hesablanıb. Respublikamızda dərindən əsaslandırılan, eyni zamanda, konkret xarakter daşıyan islahatların reallaşdırılması ötən ilin əvvəlindən daha intensiv hal alıb. O cümlədən 2017-ci ildə də bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğuladığı kimi, bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.
Nazirlər Kabinetində müvafiq struktur islahatları dövlətin siyasi iradəsi və cəmiyyətin sosial sifarişi əsasında həyata keçirilir
Qeyd etdiyimiz kimi, respublikamızda başlanan islahatlar həmçinin idarəetmə sferası ilə bağlıdır. Müasirləşmə xətti tutan Azərbaycan eyni zamanda idarəetmədə yeni, dünyanın qabaqcıl ölkələrində özünü doğruldan yanaşmaların tətbiqinə nail olmağa çalışır. Azərbaycan dövləti iqtisadi blokda olduğu kimi, idarəetmə sahəsində islahatlar aparılmasına, bu sahədə çevikliyin, operativliyin təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir. Respublikamızda struktur islahatlarının aparılmasının zəruriliyinə diqqət çəkən Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var: “Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.
Ölkəmizdə idarəetmə sahəsində islahatların aparılmasına həmçinin cəmiyyət tərəfindən böyük dəstək nümayiş etdirilir. Nazirlər Kabinetində müvafiq struktur islahatları da dövlətin siyasi iradəsi və cəmiyyətin sosial sifarişi əsasında həyata keçirilir. Qeyd edək ki, respublikamızda yüksək səviyyəli icraedici orqan olan Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, burada müəyyən struktur islahatlarının aparılması ilə bağlı müzakirələr hələ xeyli müddət bundan əvvəl başlamışdı. Ölkəmizdə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikasının Konstitusiyasında edilməsi nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı qəbul olunacağı təqdirdə həmin dəyişikliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsində də mühüm rol oynayacağı ilə bağlı fikirlər səsləndirilmişdi.
Artıq bəhs olunan müzakirələrdə səsləndirilən fikirlər həyata keçirilir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetində indiyədək mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib. Nazirlər Kabineti Aparatının dövlət başçısının bəhs olunan Fərmanı ilə təsdiq edilmiş strukturu aşağıdakı kimidir: Baş nazirin xidməti; Baş nazirin birinci müavininin xidməti; Baş nazirin müavinlərinin xidmətləri; Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti; Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti; Hüquq şöbəsi; Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi; Humanitar və sosial məsələlər şöbəsi; Beynəlxalq əlaqələr şöbəsi; Sənaye və energetika məsələləri şöbəsi; Neft və kimya məsələləri şöbəsi; Kənd təsərrüfatı məsələləri şöbəsi; Ekologiya məsələləri şöbəsi; Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi; Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi; Regionların inkişafı məsələləri şöbəsi; Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi; Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi; Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi; Mətbuat xidməti; İşlər idarəsi.
Qəbul edilən yeni sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir
Nazirlər Kabinetində aparılan islahatlar qurumun fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi kimi məqsədlərə xidmət edir. Çox haqlı olaraq aparılan islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlar kimi dəyərləndirilir.
Qeyd edək ki, Nazirlər Kabineti bu vaxta qədər sabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Bəhs olunan Fərmanda Azərbaycan Prezidentinin verdiyi tapşırıqdan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri qısa müddətdə hazırlanıb. Bu layihələr Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixində imzaladığı müvafiq Fərmanla təsdiq edilib.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi üçün qurumun fəaliyyətinin təşkili qaydalarını müəyyən edir. Qaydada Nazirlər Kabinetinin səlahiyyətlərinin (o cümlədən normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı fəaliyyətinin) həyata keçirilməsinin planlaşdırılması, qurumun iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsi, Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarında, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrdə qəbul olunan, habelə Baş nazirin operativ məsələlərə dair qəbul etdiyi qərarların rəsmiləşdirilməsi, Nazirlər Kabinetinin aktlarında, iclaslarının protokollarında verilən tapşırıqların, habelə Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrası qaydası, Nazirlər Kabinetində hüquqi aktların layihələrinin hazırlanması, təqdim edilməsi, baxılması və Nazirlər Kabinetinin aktlarının qəbul edilməsi, rəsmi dərc olunması və qüvvəyə minməsi, Baş nazirin və onun müavinlərinin sədrlik etdikləri əlaqələndirici və məşvərətçi orqanların fəaliyyətinin təşkili kimi məsələlər tənzimlənib. Bundan sonra Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabatı, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının Nazirlər Kabinetinə sorğuları, qurumun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğuları, həmçinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması da yeni qüvvəyə minən sənədə əsasən nizamlanacaq.
Üzvlərin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunacaq
Məlumdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti kollegial orqandır. Yuxarda bəhs etdiyimiz Qaydada bu cəhət nəzərə alınaraq Nazirlər Kabinetinin iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsinə xüsusi diqqət ayrılıb. Sənəddə qeyd edildiyi kimi, Baş nazir tərəfindən bəyənilmiş iclas gündəliyinin layihəsi və müvafiq materiallar iclasın tarixindən azı 5 iş günündən əvvəl Nazilər Kabinetinin üzvlərinə, habelə iclasda iştirak edəcək digər şəxslərə göndəriləcək. Qaydada vurğulanır ki, iclasda Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Üzvlərin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunacaq. İclasda baxılan məsələlərə dair qərarlar üzvlərin sadə səs çoxluğu ilə qəbul olunacaq. Nazirlər Kabinetinin iclası, bir qayda olaraq, açıq keçiriləcək.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də isə Aparatın fəaliyyət istiqamətinin müvafiq səlahiyyətlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsinin təşkil və təmin edilməsindən ibarət olduğu müəyyənləşib. Aparatın vəzifələri, hüquqları və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər də sənəddə öz əksini tapıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

