Rusiyanın Ermənistana silah verməsi onun həmsədrlik mandatına uyğun deyil
19.10.2017 [10:22]
Millət vəkilləri hesab edirlər ki, Kremlin Ermənistana silah verilməsi ilə bağlı atdığı bu addım kriminal Sarkisyan rejimini işğalçılıq siyasətini davam etdirməyə şirnikləndirir
Məlum olduğu kimi, işğalçı Ermənistan oktyabrın 12-də Rusiyadan alacağı 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Belə ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistan “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Həmçinin Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq şəkildə göstərir. Digər tərəfdən, Rusiyanın bu addımı ölkəmizlə olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir.
Məsələ ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. S.Qafarova bildirib ki, Ermənistan işğalçı və terrorçu dövlətdir. Onun sözlərinə görə, 25 ildən artıqdır ki, işğalçı siyasəti davam etdirən Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri, qətnamələri icra etmir. “İrəvanın bu cür aşkar surətdə beynəlxalq hüquqa məhəl qoymamasının səbəblərindən biri də işğalçı ölkənin beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən heç bir təzyiqə məruz qalmaması, əksinə, bir sıra hallarda dəstəklənməsidir”, - deyən millət vəkili qeyd edib ki, Kremlin Ermənistana silah verilməsi ilə bağlı atdığı bu addım da kriminal Sarkisyan rejimini işğalçılıq siyasətini davam etdirməyə şirnikləndirir.
“Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üzvü olan bir dövlət kimi, Rusiyanın bu addımı münaqişənin həllinə yönəlmiş danışıqlara da mənfi təsir edə bilər. Ona görə də Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm də beynəlxalq normalar baxımından yolverilməzdir”, - deyə S.Qafarova vurğulayıb.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev isə bildirib ki, bu məsələyə iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır: “Rusiya istənilən ölkəyə silah sata və istənilən ölkədən silah ala bilər. Ancaq söhbət ondan gedir ki, Azərbaycan öz vəsaiti hesabına Rusiyadan və ya digər ölkədən silah alır. Rusiya Azərbaycana əvəzsiz olaraq və yaxud da ki Rusiyanın hesabına silah vermir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, bir tərəfin həddən artıq silahlanmasına yol verməməli və neytrallığını saxlamalıdır. Rusiya Minsk qrupunun həmsədri kimi, Ermənistana əvəzsiz və yaxud da kredit hesabına silah verməli deyil. Bu, əlbəttə, onun neytral olmasına şübhə doğurur və Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaranır. Suallar meydana çıxır - necə olur ki, Rusiya öz vəsaiti hesabına münaqişə tərəfi olan, Azərbaycan ərazilərini işğal etmiş ölkəni silahlandırır? Bu, qətiyyən yolverilməz haldır və hesab edirəm ki, Rusiyada da bunu ciddi şəkildə anlayırlar”.
Deputat vurğulayıb ki, Azərbaycanı narahat edən odur ki, Rusiya öz hesabına işğalçı dövləti müasir silahlarla silahlandırır: “Bu da işğalçını işğalı davam etdirməyə, sülh danışıqlarını pozmağa həvəsləndirir. Bu baxımdan hesab edirik ki, Rusiya bu addımlardan çəkinməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

