Oqtay Əsədov: TürkPA ölkələrimizi bir-birinə yaxınlaşdıran səmərəli platformadır
09.12.2017 [00:42]
Dekabrın 8-də Bişkekdəki “Ala-Arça” hökumət iqamətgahında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 7-ci plenar sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada TürkPA-nın üzvü olan ölkələrin - Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, müşahidəçi qismində Özbəkistanın və qonaq kimi Macarıstanın parlament nümayəndə heyətləri, həmçinin Türk Şurasının baş katibi Ramil Həsənov, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Sessiyanı Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Dastanbek Cumabayev açaraq TürkPA-nın üzvü olan ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qarşıda duran vəzifələr haqqında məlumat verib.
Milli Məclisin sədri Oqtay Əsədov çıxışında bildirib ki, 9 il öncə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyası ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli platforması olduğunu nümayiş etdirib. TürkPA xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə, qardaş ölkələrimizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib və verməkdə davam edir.
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əməkdaşlığın bütün formalarından istifadəyə böyük əhəmiyyət verdiyini vurğulayan Oqtay Əsədov deyib: “Hesab edirəm ki, ölkələrimizin ali qanunvericilik orqanları Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində iş birliyini genişləndirməklə yanaşı, ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə də xüsusi diqqət yetirməlidir. İkitərəfli əlaqələrimizin güclənməsi isə Parlament Assambleyamızın möhkəmlənməsində və fəaliyyətində mühüm rol oynaya bilər. Demək istəyirəm ki, bu iki proses yanaşı getməli və bir-birini üzvi şəkildə tamamlamalıdır”.
Oqtay Əsədov vurğulayıb ki, ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimal ilə Cənubu bir-birinə sıx bağlayır. Xəzər dənizinin neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Orta Asiyadakı türkdilli dövlətlərin karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vaxtilə Çinlə Avropanı bir-birinə bağlayan tarixi İpək Yolunu “Dəmir İpək Yolu”na çevirir. “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələri üzərində iş davam edir. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr bölgələrimizin xalqlarının bugünkü və gələcək rifahını təmin etmək potensialına malikdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri bildirib ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib: “Əminəm ki, beynəlxalq birlik işğalçı dövlətə, nəhayət, öz yerini göstərməli və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır. Yeri gəlmişkən, bu məsələdə tutduqları mövqeyə, Azərbaycanın haqq işini dəstəklədiklərinə görə dost və qardaş türkdilli ölkələrin rəhbərlərinə bir daha minnətdarlığımızı bildirirəm”.
Sonra nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Plenar sessiyada dinləmələr keçirilib, bir sıra təşkilati məsələlərə baxılıb, qurumun komissiyalarının hesabat məruzələri dinlənilib.
Sessiyada TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
TürkPA-nın növbəti iclası gələn ilin noyabrında Türkiyədə keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

