/ / “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsinin yekun qiymətləndirilməsi üzrə hesabatın təqdimatı olub
“Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsinin yekun qiymətləndirilməsi üzrə hesabatın təqdimatı olub
15.12.2017 [10:07]
Dekabrın 14-də Bakıda Avropa İttifaqının və BMT-nin Uşaq Fondunun (UNICEF) “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsinin qiymətləndirilməsinin yekun nəticələrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin iki il öncə Avropa İttifaqının və UNICEF-in Azərbaycandakı nümayəndəliklərinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə bu layihənin icrasına başladığını xatırladıb. O, layihənin məqsədinin ədliyyə mexanizmlərinə çıxışın artırılması vasitəsilə risk altında və ya həssas təbəqədən olan uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsi olduğunu söyləyib.
Edvard Karvardin qeyd edib ki, bu layihə yuvenal ədliyyə sektorunda aparılmış işlərin davamı olaraq həssas və təcrid olunmuş uşaqların maraqlarına xidmət edəcək.
UNICEF rəsmisi vurğulayıb ki, Azərbaycanda ədliyyə sahəsində əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir. Bu nəticələr uşaq və yeniyetmələrin həyatına təsir edən məsələdir. Əsas məsələ ailələrin ədliyyə sisteminə çıxışını asanlaşdırmaqdır. Layihə Azərbaycanda 3351 həssas uşağın pulsuz hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərindən istifadə imkanlarının artırılmasına kömək edib. Mingəçevirdə, Şirvanda, Qəbələdə, Ağcabədidə, Şəmkirdə və digər rayonlarda həyata keçirilən layihə çərçivəsində, həmçinin zorakılıq baş verdiyi halda müdafiə tədbirlərindən yararlana bilmək üçün qapalı müəssisələrdə yaşayan 3500 uşağın hüquqları daha yaxşı monitorinq olunub.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan parlamenti bir neçə ildir UNICEF ilə müxtəlif məsələlər üzrə əməkdaşlıq edir. Dinamik inkişaf həyatımızın bir çox sahələrinə təsir etdiyi kimi, uşaqların hüquqlarının təmin olunması sahəsində də ciddi addımların atılmasını qarşımıza bir vəzifə kimi qoyur. Demokratik vətəndaş cəmiyyətində insan hüquqlarının qorunması və qanunun aliliyinin təmin olunması çərçivəsində hər bir vətəndaşın, o cümlədən həssas qruplara aid olan vətəndaşların, ailələrin, uşaqların ədliyyə imkanlarına çıxışının, ədalətli mühakimənin tam təmin olunması və bütün səviyyələrdə prosedurların qanuna əsasən gözlənilməsi bu və ya digər çatışmazlıqların aradan qaldırılması üçün əməkdaşlığın genişləndirilməsini təmin edir. Bu baxımdan, belə layihələrin həyata keçirilməsi bizə bir çox məsələləri vaxtında və bəzi hallarda öncədən nəzərə alıb həll etmək üçün imkanlar yaradır. Biz bu imkanları dəyərləndiririk. Milli Məclisdə uşaqların ədliyyəyə çıxışı dəfələrlə müzakirə olunub. Bu müzakirələrdə birmənalı olaraq uşaqlar üçün ixtisaslaşmış məhkəmələrin, hakimlərin olmasının, onların hüquqlarının qorunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsinin vacibliyi vurğulanıb. Bu sahədə ciddi addımlar atılmaqdadır. Xüsusilə həyata keçirilən iqtisadi islahatlar, son illər atılmış addımlar bu sahənin daha çox diqqətdə saxlanılmasının vacibliyini önə çıxarır. Bu şəbəkə getdikcə genişlənir. Nailiyyətlərimizi daha çox təmin edən belə layihələr, xüsusilə “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsinin təqdimatı çox maraqlıdır. “Qeyd edilən sahədə beynəlxalq qurumlarla, o cümlədən UNICEF-lə birgə işləməyə hazırıq”, - deyə Bahar Muradova bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems alternativ icma, əsaslı reabilitasiya və islah işlərinin gerçəkləşdirilməsi istiqamətində təkmilləşdirilmiş addımların atılmasının önəmini qeyd edib. O deyib ki, uşaqlara cəza yox, əlavə şans verilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməliyik. Bu layihə çərçivəsində regionlarda üç min ailə hüquqi yardımla təmin olunub. Avropa İttifaqı bu sahəyə diqqət göstərir və dəstəyini davam etdirir.
Uşaqların ədliyyə imkanlarının təmin olunmasının vacibliyini vurğulayan Yorun Villems Milli Məclisin bu istiqamətdə apardığı işləri yüksək qiymətləndirib. O qeyd edib ki, bu istiqamətdə bir çox yeniliklər edilib və qanunvericilikdə dəyişikliklər aparılıb. Bir çox cəzalar islaholunma işləri ilə əvəz edilib. Avropa İttifaqı Azərbaycanda belə nəticələrin davamlı olmasını dəstəkləyəcək.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Teymur Məlik-Aslanov bildirib ki, ədliyyəyə çıxış insanların fundamental hüququdur. Uşaqların ədliyyəyə çıxışının təmin olunması isə başlıca vəzifələrdən biridir. Bir çox hallarda valideynlər tərəfindən uşaqların bu hüququ təmin edilmir. Bu isə gələcəkdə onları daha ağır nəticələrlə üzləşməyə vadar edir. Layihə risk altında olan uşaqların və valideynlərin uşaqlar üçün münasib ədliyyə mexanizmlərindən istifadə imkanlarının artırılmasını təmin edən çərçivəyə töhfə verib.
Sonra tədbir çərçivəsində “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsi ilə bağlı videofilm nümayiş olunub.
UNICEF-in beynəlxalq eksperti Kameliya George “Azərbaycanda dövlət və qeyri-hökumət subyektləri üçün milli səviyyədə təlimlər vasitəsilə uşaqlar üçün ədliyyə xidmətlərindən istifadə imkanlarının dəstəklənməsi” layihəsinin qiymətləndirilməsinin yekun nəticələrinin təqdimatını edib.
Tədbir təqdimat ətrafında müzakirələrlə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

