/ / Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
15.12.2017 [10:12]
Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə dekabrın 13-də Qüds məsələsinə dair keçirilmiş fövqəladə Zirvə toplantısında iştirakı Türkiyə KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, qardaş ölkə mediası Prezident İlham Əliyevin İstanbula birgünlük səfəri, yüksək qonaqpərvərliklə qarşılanması, İƏT-in zirvə görüşündəki dərin məzmunlu çıxışı barədə çeşidli məlumatlar yayıb. O cümlədən Türkiyənin aparıcı televiziya kanalları Azərbaycan dövlət başçısının səfəri, Qüds məsələsindəki ədalətli mövqeyi barədə tamaşaçıları məlumatlandırıb.
Anadolu agentliyi Prezident İlham Əliyevin çıxışının ayrı-ayrı məqamlarına toxunub. Agentlik Azərbaycanın hər zaman Fələstin xalqına dəstək göstərdiyini vurğulayan, sammit iştirakçılarını Ermənistanın riyakar xislətindən xəbərdar edən Prezident İlham Əliyevin çıxışından bu fikirləri diqqətə çatdırıb: “Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir. Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.
TRT Haber kanalının rəsmi saytı “Azərbaycan Prezidenti Əliyev: ABŞ Qüds qərarını yenidən gözdən keçirməlidir” başlığı ilə yaydığı xəbərdə dövlətimizin başçısının çıxışından bir sıra sitatlar verib. Xəbərin “Hər zaman Fələstin xalqının yanındayıq” yarımbaşlıq hissəsindən sonra ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının yaratdığı təhlükələr barədə Prezident İlham Əliyevin fikirləri təqdim olunub.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin zirvə görüşündəki çıxışı ilə bağlı Anadolu agentliyinin xəbərləri bir çox KİV-lərdə yer alıb. “Hürriyyət”, “Milliyyət”, “Yeni Şəfəq”, “Yeni Akit” və digər çoxtirajlı qəzetlər Prezident İlham Əliyevin İƏT sammitində iştirakı ilə bağlı ilk xəbər yayan və səfərin əhəmiyyətinə diqqət çəkən KİV-lər sırasındadır. Türkiyə mediasında yayılan bu xəbərlər fotolarla müşayiət olunur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

