/ / Bakıda “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib
Bakıda “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib
19.12.2017 [10:05]
Dekabrın 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçiləri, Milli Məclisin deputatları, elm və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxışında Prezident İlham Əliyev tərəfindən elan olunan “İslam Həmrəyliyi İli”nin önəminə toxunub. Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox mühüm məsələdir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verəcək.
Komitə sədri qeyd edib ki, İslam həmrəyliyi yalnız İslam dünyasına xas olan məsələ deyil. Bu, eyni zamanda, dünyada mövcud olan müxtəlif dinlər arasındakı həmrəyliyə yönəlib. Dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olması, həmrəyliyin gücləndirilməsi labüddür.
Bildirilib ki, il ərzində DQİDK, QMİ, AMEA-nın iştirakı ilə çoxsaylı tədbirlər keçirilib. Həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən tədbirlərdə İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa göstərdiyi təsir geniş müzakirə edilib.
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev ölkəmizdə dini zəmində tolerantlığın olduğunu deyib, bu faktın beynəlxalq iqtisadi layihələrə də müsbət təsir göstərdiyini bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Onun qarşısında duran əsas vəzifələrdən biri də İslam ölkələri ilə əlaqələr qurmaq idi. Ulu öndər həm də İslam ölkələrinin özləri arasında müəyyən həmrəyliyin yaranmasına nail olmağa çalışırdı. 1993-cü ildə İslam Konfransı Təşkilatının toplantısındakı çıxışında Ümummilli liderimiz Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın bir hissəsinin zəbt edilməsi məsələsini İslam ölkələrinin nümayəndələrinin diqqətinə çatdırdı. Həmin toplantıda İslam ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə qəbul etdilər. Məhz Ulu öndərin bu çıxışından sonra İslam ölkələrinin Azərbaycana diqqəti artmağa başladı. Ümummilli liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin İctimai birliklər və dini durumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün dünyada İslamla bağlı məqsədli şəkildə mənfi fikir formalaşdırıldığını təəssüflə bildirib, islamofobiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib: “Azərbaycan Prezidenti “İslam Həmrəyliyi İli”ni elan etməklə göstərdi ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq, dostluq dinidir. Dördüncü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bir daha sübut etdi ki, ölkəmizdə İslama yanaşma düzgün qurulub. Dövlətimizin İslam dininə, milli mənəvi dəyərlərimizə, tolerantlığa göstərdiyi qayğı çox yüksək səviyyədədir”.
Milli Məclisin komitə sədri təəssüflə bildirib ki, bəzən dünyada İslamı tamam başqa ad altında təqdim edirlər. Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda bəzi ölkələr buna imkan yaradırlar ki, İslamı onların istədikləri kimi təqdim etsinlər. İslam daxilində olan müəyyən qüvvələr prinsiplərdən kənara çıxaraq öz qanunları ilə cəmiyyəti başqa istiqamətlərə yönəldirlər. Ona görə də, ilk növbədə, bunların qarşısı alınmalıdır.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər haqqında söhbət açıblar. Bildirilib ki, Azərbaycan dünyəvi ölkədir və burada müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Xalqımız onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşır.
Çıxış edənlər dövlətimizin din sahəsinə qayğısından, Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunması istiqamətində xidmətlərindən söz açıb, Onun siyasətini davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

