/ / Azər Badamov: Yüksək tərəqqi dövrünü yaşayan ölkəmizin inkişaf trayektoriyası ildən-ilə yeni iqtisadi proseslərin fonunda daha da zənginləşməkdədir
Azər Badamov: Yüksək tərəqqi dövrünü yaşayan ölkəmizin inkişaf trayektoriyası ildən-ilə yeni iqtisadi proseslərin fonunda daha da zənginləşməkdədir
12.01.2018 [10:04]
“2017-ci il Azərbaycanın inkişafında mühüm bir dövr kimi yadda qaldı. Vurğulamaq lazımdır ki, “İslam Həmrəyliyi ili” kimi tarixə çevrilən 2017-ci il iqtisadiyyatımızın inkişafında, ən əsası qeyri-neft sektorunun əsaslı şəkildə dayanıqlılığının təminində mühüm bir dövr kimi xarakterizə olunmalıdır. Ötən il mühüm sənaye obyektlərinin tikilməsi, o cümlədən, mühüm iqtisadi nailiyyətlərlə müşayət olundu. Ümumiyyətlə, yüksək tərəqqi dövrünü yaşayan ölkəmizin inkişaf trayektoriyası ildən-ilə yeni iqtisadi proseslərin fonunda daha da zənginləşməkdədir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf strategiyasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ölkəmizin iqtisadi dayanıqlılığını artıran əsas amillərdəndir: “Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bunu ötən ilin göstəriciləri də təsdiqləyir. Məsələn, ötən il ölkə iqtisadiyyatında artım müşahidə edilib və buna paralel olaraq ÜDM-də də artım nəzərə çarpıb. Qeyri-neft sektorunun inkişafının 2,5 faiz təşkil etməsi isə ötən illərdə, eləcə də 2017-ci ildə düzgün qurulmuş iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Sənaye sahəsində qeyri-neft sektorumuzun 3,6, kənd təsərrüfatında isə 4,1 faiz artması ölkəmizdə qeyri-neft sektoruna diqqət və qayğının, eləcə də sahibkarlara yarıdılan şəraitin münbit olmasının göstəricisidir”.
Millət vəkili onu da bildirib ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulması və həm yerli, həm də xarici investorların ölkəmizə vəsait qoymaqda maraqlı olması respublikamızın sabit iqtisadi inkişafına əsaslanır. A.Badamov bildirib ki, ölkəmizin ixrac potensialının artımı isə gələcəklə bağlı müsbət proqnozlar verməyə əsas yaradır. Artıq Azərbaycan bir sıra məhsulları ilə cəlbedicilik qazandığı kimi, turizm potensialı da artır. İstər yay, istərsə də qış turizminə göstərilən diqqət və qayğı regionların daha yüksək səviyyədə inkişafını təmin edəcək: “Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkəmizin turizm imkanlarının inkişaf etdirilməsindən danışarkən Qusara dəmir yolunun çəkiləcəyini və Şah Dağ turizm kompleksinə turistlərin gələcəkdə sürətli qatarla gedə biləcəyini diqqətə çatdırdı. Hal-hazırda ancaq Şah Dağ kompleksinə bir gün ərzində gedən turistlərin sayı 3-4 min nəfər olduğunu və Qusar ətrafı rayonların sakinlərinin də bu marşrutdan istifadəyə üstünlük verəcəklərini nəzərə alsaq, düşünürəm ki, bu çox uğurlu, rentabelli və perspektivli layihə olacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

