Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya-Azərbaycan dialoqunun əsasını mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri təşkil edir

Rusiya-Azərbaycan dialoqunun əsasını mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri təşkil edir

08.02.2018 [10:06]

Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb
Fevralın 7-də Rusiya Federasiyası Dövlət Dumasında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü olub.
AZƏRTAC xəbər verir ki, bu görüş Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmasının 25 illiyi münasibətilə Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində keçirilib.
Görüşdə qeyd edilib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır, Rusiya-Azərbaycan dialoqunun əsasını mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri təşkil edir. Tərəflər beynəlxalq məkanlarda birgə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayaraq qeyd ediblər ki, iki ölkənin prezidentləri arasında münasibətlər həm Rusiyanın, həm də Azərbaycanın uğurlu inkişafının rəhnidir.
Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr yaradılmasının 25 illiyinə həsr olunmuş sərginin açılış mərasimində də iştirak ediblər. Sərgi Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və RF Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsi tərəfindən təşkil edilib.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31