/ / Məlahət İbrahimqızı: Niyə NATO öz üzvlərinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müdafiəsi üçün addım atmır?
Məlahət İbrahimqızı: Niyə NATO öz üzvlərinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müdafiəsi üçün addım atmır?
30.05.2018 [09:45]
Varşavada NATO Parlament Assambleyasının (PA) yaz sessiyasının plenar iclası keçirilib. Polşa prezidenti, baş naziri və Senat sədrinin iştirakı ilə keçirilən plenar iclasda NATO-nun iyulda Brüsseldə keçiriləcək zirvə toplantısının gündəliyi müzakirə olunub.
NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı APA-ya bildirib ki, iclasda sammitdə qəbul olunacaq Bəyannamənin layihəsi də müzakirə edilib.
Toplantıda çıxış edən M.İbrahimqızı Azərbaycanın avroatlantik məkanda rolu, xüsüsən bu məkanın enerji təhlükəsizliyindəki əhəmiyyətini xatırladıb. O, sual verib ki, niyə NATO öz üzvlərinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müdafiəsi ilə bağlı addımlar atmır? “Azərbaycan uzun illərdir separatizmlə, ekstremizmlə, terrorizmlə, işğalçı Ermənistanla mübarizə aparır. Digər tərəfdən də, avroatlantik məkanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Yaxın vaxtlarda Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu olacaq daha yeni layihələr - TANAP, TAP kimi önəmli layihələr də gerçəkləşdirir”, - deyə M.İbrahimqızı söyləyib.
NATO-nun baş katibi Yens Stoltenberq azərbaycanlı deputata cavab verib: “Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır və biz Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq, bunu yüksək qiymətləndiririk. Keçən il Prezident cənab İlham Əliyev Brüsselə rəsmi səfər etdi. Bu səfərdə İlham Əliyevlə NATO-nun baş qərargahında çox önəmli görüşlər keçirildi. Azərbaycanın üzləşdiyi problemi bilirik, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, biz NATO olaraq bu problemin sülh yolu ilə həll edilməsinə kömək etməyə hazırıq”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

