Robert Koçaryana hərbi tribunalın yolu görünür
31.07.2018 [09:44]
Azərbaycan xalqına qarşı cinayətləri törədənlərin hamısı beynəlxalq məhkəmə qarşısında dayanmalıdır
Dağlıq Qarabağda işğalçılıq fəaliyyətinə rəhbərlik edərək müharibə dalğası üstündə hakimiyyətə gələn və 1999-cu ilin oktyabrında təşkil etdiyi parlament terrorundan sonra hakimiyyəti bir əldə cəmləşdirən Robert Koçaryanın iki ay müddətinə həbs olunması Ermənistanda yeni ictimai-siyasi prosesin başlanğıcından xəbər verir. Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən hazırlanan ittiham aktında keçmiş prezident digər şəxslərlə əlbir olaraq konstitusiya quruluşunu devirməkdə ittiham edilir. Buradan belə bir məntiqi nəticə hasil olur ki, sabiq prezident Robert Koçaryan 2008-ci ildən 2018-ci ilə qədər bəzi şəxslərin qanunsuz şəkildə hakimiyyətə yiyələnməsinə şərait yaradıb.
Erməni mediasında isə, ümumiyyətlə, R.Koçaryanın hakimiyyətə gətirilməsini, Ermənistan prezidenti seçilməsini qanunsuz hesab edən mövqelərə geniş yer verilir. Məsələn, yazırlar ki, əslində, 1998-ci ildə keçirilən prezident seçkilərində R.Koçaryanın iştirakı və Ermənistan prezidenti seçilməsinin özü konstitusiyanın müvafiq maddələrinin pozuntusu ilə gerçəkləşib. Belə çıxır ki, Ermənistanın vətəndaşı olmayan bu cinayətkarın və Serj Sarkisyanın toxunulmazlıq statusuna bürünməsi, əslində qanun pozuntusu olub və ermənilər 20 ildir onlara, sözün əsl mənasında, işğalçı-terrorçu rejimin rəhbərlik etdiyini təsdiqləyirlər.
R.Koçaryanın özünümüdafiə xarakterli son müsahibələrində Dağlıq Qarabağdakı fəaliyyətini xatırlatması isə lap yerinə düşüb. Çünki onun Dağlıq Qarabağdakı fəaliyyəti başdan-ayağa cinayətlərlə doludur. İlk növbədə o, yaşadığı dövlətə qarşı silahlı dəstələr yaratmaqla xəyanət edib, dövlətinin vətəndaşlarına qarşı soyqırımı cinayətində iştirak edib. Məhz bu səbəblərdən R.Koçaryanın həbsi, Azərbaycan xalqına cinayət törədən şəxslərin son illər qazandıqları immunitetlərinin aradan qalxması, onların haqqında həbs və digər prosedurların tətbiqi, gələcəkdə Haaqa məhkəməsi və ya digər beynəlxalq tribunallar qarşısında mühakimə olunmalarına presedent yaranması Azərbaycanın dövlət maraqlarına cavab verir. Ona görə ki, 1988-ci ildən indiyə qədər Azərbaycan xalqına qarşı törədilən hüquqi pozuntuların hamısı beynəlxalq hüquqda müharibə cinayətləri hesab edilir. Bu cinayətlərin təsnifatı beynəlxalq humanitar hüququn tənzimləndiyi Cenevrə və Haaqa konvensiyalarında da yer alıb.
Belə ki, Azərbaycan Respublikasının əhalisinə qarşı R.Koçaryanın rəhbərliyi altında erməni işğalçıları tərəfindən ən dəhşətli müharibə cinayətləri törədilib. Dinc sakinlərin diri-diri başlarının kəsilməsi, kütləvi şəkildə gülləbaran edilməsi, müxtəlif işgəncələrə məruz qoyulması, heç bir xəbərsiz əsir aparılıb qul kimi saxlanması, müxtəlif əzab-əziyyətlə öldürülməsi beynəlxalq hüquq normalarına tamamilə ziddir. Onu da xatırladaq ki, “müharibə cinayətləri” termini ümumi anlayış olub, silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Məsələn, Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində “müharibə qanun və ya adətlərinin pozuntuları” ifadəsi işlədilib. Bu pozuntulara aşağıdakılar daxil edilib: “işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, əzab verilməsi, köləlik və ya digər məqsədlər üçün aparılması; hərbi əsirlərin və yaxud dənizdə olan şəxslərin öldürülməsi və ya onlara əzab verilməsi; girovların öldürülməsi; ictimai və ya xüsusi mülkiyyətin qarət edilməsi; şəhər və kəndlərin mənasız dağıdılması; hərbi zərurətdən doğmayan talançılıq və digər cinayətlər”. Yuqoslaviya Tribunalının Nizamnaməsində müharibə cinayətləri ilə bağlı iki müxtəlif maddə (2-ci və 3-cü maddələr) nəzərdə tutulub. 2-ci maddədə 1949-cu il Cenevrə Konvensiyalarının “ağır pozuntuları”, 3-cü maddədə isə “Müharibə qanun və adətlərinin pozuntuları” adı altında konkret əməllər sadalanıb.
Qeyd edək ki, Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan bu qəbildən olan cinayətlərin bilavasitə iştirakçıları və təşkilatçıları olublar, sabiq müdafiə naziri Seyran Ohanyan Xocalını işğal edən, soyqırımı törədən birləşmələrdən birinə rəhbərlik edib. Xocalı soyqırımı zamanı 613 dinc sakin qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu cinayətləri törədən erməni separatçıları və rus zabitlərinin (39 nəfərin) adları müəyyən edilib. Onlar hamısı hələ də azadlıqdadır, Rusiya, Ermənistan və Qarabağda yaşayırlar. Həmin şəxslərin barəsində Azərbaycan CM-in 103-cü (soyqırımı), 107-ci (əhalinin deportasiyası), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanun və qaydalarının pozulması), 116.0.17-ci (zorlama, seksual zorakılıq, fahişəliyə cəlbetmə və s.) maddələri üzrə axtarış elan edilib.
Bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, R.Koçaryanın həbsi onun beynəlxalq hərbi tribunalın qarşısında dayanmasına yol açacaq. Çünki Ermənistanda baş verən indiki proseslər Azərbaycan xalqına qarşı törədilən cinayətlərin iştirakçılarının - 1991-ci ildən bu günə qədər müharibə cinayətləri törədən R.Koçaryan, S.Sarkisyan, S.Ohanyan, S.Babayan, B.Sahakyan və digərlərinin beynəlxalq hərbi məhkəmələrin qarşısında dayanmaları üçün hüquqi prosedurların sürətlənməsi və digər tədbirlərin görülməsinə münasib şərait yaradır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48

