/ / Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti “The Guardian” Ermənistandakı aclıq və səfalət barədə yazır
Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti “The Guardian” Ermənistandakı aclıq və səfalət barədə yazır
02.10.2018 [09:02]
Böyük Britaniyanın “The Guardian” qəzetində Ermənistandakı aclıq və səfalətlə bağlı Nik Denziger Din adlı fotomüxbirin “Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə qeyd edilir ki, Ermənistanda baş verən siyasi çevriliş, geniş yayılmış yoxsulluq və səfalət, eləcə də gənclərin iş tapmaq məqsədilə Rusiyaya böyük axını ölkədə, xüsusilə də yaşlı insanların acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarıb. Yaşı 75-dən yuxarı olan minlərlə insan qışda mənfi 30 dərəcə temperatur şəraitində həyat mübarizəsi aparır və verilən çox cüzi təqaüd isə onların yetərincə qidalanmaları və ya dərman əldə etmələrinə kifayət etmir.
Məqalə müəllifi Nik Denziger Din 2017-ci ilin əvvəlində onun İsveçrə, Monako və Ermənistanın Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri tərəfindən Ermənistanda yaşlıların vəziyyətini araşdırmaq və onlara kömək etmək üçün pilot layihəyə dəstək vermək məqsədilə bu ölkəyə ezam olunduğunu bildirir.
Nik Denziger Din yazır ki, bu, onun Ermənistanın şəhər və kəndlərinə birinci səfəri olmasa da, Ermənistanın Vanadzor şəhərindəki ifrat yoxsulluqla bağlı çəkiliş edərkən Hasmik adlı bir qadının keşməkeşli həyatını əks etdirib. Bu qoca qadının soyuqdan qorunmaq üçün evdə olan bütün paltarlara bürünməsini, aldığı çox aşağı təqaüdə isə gün ərzində sobanı qızdırmaq üçün odun ala bilməməsi, həmçinin yerli çörəkçidən belə gün ərzində güzəştli çörək ala bilməməsinin şahidi olub. Müəllif qadının susuz, işıqsız və qazsız bir evdə həyat mübarizəsi apardığını qeyd edir.
Müəllif vurğulayır ki, Ermənistanda olan bu sosial vəziyyət kütləvi xarakter daşıyır. Məsələn, 68 min əhalisi olan Vanadzor şəhərində 20 mindən çox yaşlı insan yaşayır. Onların bir çoxu köməksiz həyat sürür. Çox aşağı təqaüd ilə burada, hətta ərzaq və istilik kimi əsas ehtiyacları ödəmək üçün pul tapmaq əsl mübarizəyə çevrilib. “2017-ci ildə burada çəkiliş etdikdə düşünürdüm ki, aclıq və səfalət içərisində yaşayan insanların acınacaqlı taleyini təsvir etdiyim fotoşəkillərlə, bu sosial vəziyyətlərini işıqlandırmaqla onların bu vəziyyətinin üzə çıxacağına kömək etmiş olacağam”, - deyə N.Denziger yazır.
Bavakan Avestiyan adlı 80 yaşlı qoca qadın həyat yoldaşı ilə birlikdə Ermənistanın Gümrü şəhərinin mərkəzindəki birotaqlı evdə yaşayır. Bizim səfərimizdən üç il əvvəl avtomobil qəzasında ayağı qırılan qoca qadın o vaxtdan bəri yataq xəstəsidir və bütün gününü evdə keçirir. İndi o, həm də Parkinson xəstəliyindən əziyyət çəkir. “Mən zəngin bir qadın idim, hər kəsə əl tuturdum. İndi isə bu vəziyyətdəyəm. Ölsəm daha yaxşıdır”, - deyə o ağlayır. O, ömrü boyu toxuculuq fabrikində işləyib və hazırda ayda 35 min dram (55 funt sterlinq) təqaüd alır. “Qışda bu təqaüdün, demək olar ki, hamısı istilik ehtiyaclarını ödəməyə sərf olunur. Mənim əsas problemim maliyyə ilə bağlıdır”, - deyə qoca qadın bildirir.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

