Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib
23.10.2018 [09:17]
Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondu və Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, Kayseri vilayətinin rəhbəri Süleyman Kamçı, Azərbaycan, Türkiyə və Rusiya deputatları, Abdullah Gül Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV təmsilçiləri tədbirdə iştirak ediblər.
Əvvəlcə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Abdullah Gül Vəqfinin sədri Mustafa Çıkrıkçıoğlu rəhbərlik etdiyi qurumun məqsədlərindən danışıb. O, Ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edərək universitetin tələbə yataqxanasına Ulu öndərin adının verildiyini söyləyib. Bildirib ki, məqsəd Onun adının əbədiləşdirilməsidir.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, türk dünyasının inkişafı üçün göstərdiyi səylərdən, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı naminə xidmətlərindən bəhs edib. Bildirib ki, belə bir möhtəşəm universitetin tələbə yataqxanasına Heydər Əliyevin adının verilməsi Ulu öndərin şəxsiyyətinə göstərilən ehtiramdır.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev və Dumanın məsul əməkdaşı Ramin Qasımov Heydər Əliyev şəxsiyyəti barədə fikirlərini bildiriblər. Dmitri Savelyev diqqətə çatdırıb ki, keçmiş SSRİ rəhbərliyində hər zaman prinsipiallığı, qətiyyəti, işgüzarlığı ilə seçilən Heydər Əliyev nəhəng siyasi xadim kimi tarixdə ad qazanıb.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, bu gün Kayseridə keçirilən mühüm tədbirlər Türkiyə ilə qardaşlıq münasibətlərimizin göstəricisidir. Ulu öndər Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsindən qaynaqlanaraq “Bir millət, iki dövlət” fikri ilə Azərbaycan və Türkiyə üçün tarixi əhəmiyyət daşıyan inkişaf strategiyasının təməlini qoyduğunu diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və yenicə istifadəyə verilən “Star” neft emalı zavodu bu təməlin mühüm nəticələrindəndir. Əli Həsənov əminliklə bildirib ki, bu yataqxanada yaşayan tələbələr Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün öz vətənləri və xalqları naminə yaşadıqları fədakar həyatı özlərinə örnək götürəcəklər.
Türkiyənin 11-ci Prezidenti Abdullah Gül çıxışında deyib ki, Heydər Əliyev həyatının bütün dövrlərində yorulmaz fəaliyyət göstərib. Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Abdullah Gül qeyd edib ki, Azərbaycana hər səfərində böyük inkişafın şahidi olur. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmir şəhərində “Star” neft emalı zavodunun istifadəyə verilməsini iki qardaş ölkənin tarixi uğuru adlandırıb.
Tədbirdə digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin qurub-yaratmaq eşqindən, həyata keçirdiyi böyük layihələrdən, Onun prinsipiallığından danışıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev şəxsiyyəti tarixin bütün dövrlərində ehtiramla yad olunacaq, Onun şəxsiyyətinə hər zaman ehtiram göstəriləcək.
Mərasim keçirilən salonda Ümummilli lider Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən kitablar və fotolar sərgilənirdi.
Heydər Əliyev adına tələbə yataqxanası 9 min kvadratmetr ərazini əhatə edir. Üç blokdan ibarət yataqxanada 375 tələbə yaşayacaq. Bu müasir yataqxanada tələbələrin rahat yaşayışı üçün hər cür şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52

