Hikmət Babaoğlu: Yaradıcı insanlar hər bir cəmiyyətin xüsusi intellektual təbəqəsidir
20.12.2018 [10:05]
“Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət, Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə etməklə sosial qayğıya ehtiyacı olan vətəndaşların problemini həll etməyə yönəlib”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində bu istiqamətdə çox böyük addımlar atılıb: “Biz bilirik ki, yaradıcı insanlar hər bir cəmiyyətin xüsusi intellektual təbəqəsidir. Onlar cəmiyyətin aparıcı intellektual təbəqəsi olmaqla cəmiyyətdə formalaşan intellektual mənəvi münasibətlərdə mühüm rol oynayırlar. Ona görə də bu cür insanların daima diqqətdə saxlanılması Azərbaycan dövlətinin, siyasətinin prioritet istiqamətlərindən biridir. Bu cür insanların mənzillə təmin olunması, onların səhhətində yaranan problemlərlə bağlı Azərbaycanda və ölkəmizdən kənarda müalicələrinin təmin olunması və bunun dövlət hesabına həyata keçirilməsi insanları intellektual əməyə həvəsləndirməklə bərabər, həm də konkret olaraq bu əməklə məşğul olan insanların problemlərinin həlli deməkdir. Bu əslində yeni nəslin də intellektual əməklə məşğul olmasını motivasiya edir. Bu da hələ məsələnin hamısı deyil.
Azərbaycan Prezidentinin xüsusi təqaüdü var və bu intellektual sfera ilə məşğul olan insanlara şamil olunur, eləcə də yaradıcılıq sahəsində fərqlənən ayrı-ayrı şəxslərə dövlət mükafatları, fəxri adlar verilir, bəzən də birdəfəlik mükafatlar təqdim olunur. Bütün bunlar hamısı əlbəttə ki, bir daha dövlətin sosial siyasəti necə uğurla həyata keçirdiyinin göstəricisidir. Heç şübhəsiz ki, biz yaradıcı insanlardan danışarkən jurnalistləri xüsusi bir zümrə kimi nəzərdən keçirməliyik. Azərbaycanda jurnalistlərə, söz və mətbuat azadlığına göstərilən qayğının nə qədər yüksək səviyyədə olduğunu biz bilirik. Çünki onların məişət problemlərinin həll olunması, onların mənzillə təmin olunması daima Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bütövlükdə isə mənzərə ondan ibarətdir ki, Azərbaycan dövlətinin sosial fəlsəfəsindən irəli gələn vətəndaşlara dövlət qayğısı siyasəti sistemli şəkildə ardıcıl olaraq həyata keçirilir”.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

