/ / Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
19.01.2019 [10:17]
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi “qətnamə”, ilk növbədə, ölkəmizlə Avropa arasında əməkdaşlığın genişləndirilməsinə qarşı bir təxribatdır. Bu, həmçinin Azərbaycanın ildən-ilə beynəlxalq miqyasda artan nüfuzunun qarşısına sədd çəkmək cəhdidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, bizi istəməyən, uğurlarımızı gözü götürməyən bəzi qüvvələr Azərbaycan-Avropa əməkdaşlığının sürətlə inkişafına laqeyd qala bilməzdilər. Ona görə də anti-Azərbaycan qüvvələrin belə bir məqamda bu cür qərəzli addım atacağı gözlənilən idi. Avropa Parlamentindəki müzakirələr, ilk növbədə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da inkişafına xidmət edən sənədlərə kölgə salmaq məqsədi daşıyır. Bu müzakirələr uzun müddətdir ki, anti-Azərbaycan mövqeyi ilə tanınan dairələr tərəfindən gündəmə gətirilmişdi. Bir qayda olaraq, bu müzakirələri gündəmə gətirən deputatlar əslində ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi adı altında daha çox Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi daşıyan kampaniyaların iştirakçılarıdır. Onların bəziləri uzun müddət ərzində Avropada təşkilatlanmış erməni lobbi təsisatları ilə yaxından əməkdaşlıq edən, mütəmadi olaraq erməni qurumlarının tədbirlərində fəal iştirak edən, Avropa institutlarında ermənilərin maraqlarını müdafiə edənlərdir. Bu deputatlar Azərbaycan əleyhinə istənilən müzakirələrin təşkilində, ölkəmizlə bağlı hər hansı mənfi məzmunlu qərarların qəbulunda maraqlıdırlar. Onlar mütəmadi olaraq Azərbaycanda sosial şəbəkələrdə yayılan qeyri-obyektiv, dəqiqləşdirilməmiş məlumatlar əsasında müzakirələrin təşkilinə çalışırlar. Həmin deputatların Avropa Parlamenti üzvü olduqları müddət ərzində göstərdikləri fəaliyyətə nəzər saldıqda, bu müzakirələrin Azərbaycan əleyhinə planlı şəkildə təşkil olunduğunu görməmək mümkün deyil.
Cavanşir Feyziyev deyib: “Əslində, biz özümüz də insan haqları ilə bağlı məsələnin gündəmə gətirilməsində maraqlıyıq və dəfələrlə bir milyondan çox qaçqın və köçkünümüzün ən adi insan haqlarından məhrum edildiyini, onların etnik təmizləməyə məruz qaldıqlarını, həyat, mülkiyyət, ləyaqət, şərəf, azadlıq və s. hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişik. Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq. Təəssüflər olsun ki, Avropa bir milyondan çox soydaşımızın insan haqlarına münasibət bildirməkdə acizlik göstərir. Bu da onu göstərir ki, ölkəmizə qarşı insan haqları ilə bağlı iradlar və tənqidlər səsləndirən deputatlar heç də obyektiv mövqedən çıxış etmirlər. Təəssüf ki, Avropa Parlamentinin bəzi üzvləri məsələlərin mahiyyətini bilmədən, bəziləri isə bilərəkdən, sosial şəbəkələrdə yayılan məlumatlara istinad etməklə bu məsələlər ətrafında müzakirələr açırlar. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan bütün dünyaya açıq ölkədir. Biz həmişə avropalı siyasətçiləri dəqiq və düzgün məlumatlanmaq üçün ölkəmizə dəvət edirik və bir qayda olaraq həmin səfərlərdən sonra onlar bu kimi kampaniyalara daha adekvat reaksiya verirlər. Amma bəzi tənqidçilərimiz gəlib vəziyyəti yerində görməkdən və qiymətləndirməkdən də imtina edirlər. Bu, o deməkdir ki, onların ölkəmizə münasibəti qərəzlidir və bizə düşmən mövqedə dayananların maraqlarına xidmət edir”.
Milli Məclisin deputatı vurğulayıb ki, anti-Azərbaycan qüvvələrin bu cür təxribatçı cəhdləri baş tutmayacaq və Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək, region, eləcə də Avropa ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

