Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir
31.01.2019 [08:55]
Antimilli ünsürlərin illərdir dəyişməyən şüarları, populist və mənasız çağırışları, yalan vədləri yenidən təkrarlanır
Uzun illərdir ki, düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsinin xarici antimilli mərkəzlərin sifarişləri əsasında “fəaliyyət proqramı” qurması hər kəsə bəllidir. Bu mənada, dağıdıcıların mövsümi olaraq “qabarma-çəkilmə” proseslərinə məruz qaldığı da göz önündədir. Belə ki, illərdir anti-azərbaycançı dairələrin direktivləri əsasında birləşən-ayrılan, küsən-barışan, aksiya keçirən radikal ünsürlərin mövqeyi, məqsədi ortada olub. Ancaq antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal ünsürlər əsl müxalifətçilik missiyasından çox uzaqdadırlar. Məlumdur ki, demokratiyanın göstəricilərindən biri olan fərqli düşüncə - müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual müstəvidə yanaşma nümayiş etdirmək, eləcə də fərqli məsələlərlə bağlı konsepsiya irəli sürməkdir. Azərbaycanın radikal müxalifət düşərgəsinə mənsub olanların məqsədləri isə yalnız xarici maraqların təminatına, xəyanətə və satqınlığa yönəlib.
Qeyd olunmalıdır ki, bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar. Adını “demokrat” qomuş dağıdıcı ünsürlər keçirdikləri aksiyalar zamanı çıxışlarında da cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaqyorucu səs tembrləri yenidən təkrarlanır. Maraqlıdır ki, min bir yalanla gəncləri çaşdırmağa niyyətlənən Əli Kərimli və onun kimi siyasi alverlə məşğul olanlar 1992-ci ildə xalqın, dövlətin başına hansı oyunları açdıqlarını, ölkənin müstəqilliyini təhdid altına alacaq təhlükələr yaratdıqlarını dilə gətirmirlər. Görəsən, Əli Kərimli niyə gənclərə demir ki, 1992-ci ildə başları kürsü savaşına qatışdığı üçün torpaqlarımız işğal olunur, ölkədə separatizm meyilləri cövlan edirdi. Əli Kərimli cəmisi bir illik hakimiyyətləri dövründə Azərbaycana 50 illik ziyanlar vurduqlarını nə üçün dilə gətirmir? Təbii ki, Əli Kərimli başda olmaqla dağıdıcı ünsürlər yalanların arxasında gizlənməyə çalışsalar da, bu, mümkün deyil. Çünki həmin acınacaqlı dövr Azərbaycan xalqının yaddaşındadır. AXC-“Müsavat” hakimiyyətinin nümayəndələrinin lokal savaşlarının vətəndaş müharibəsinə gətirib çıxarması, ölkədə iqtisadi tənəzzülün yaşanması, silahlı birləşmələrin cəbhə xəttində deyil, Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin kürsüsünün yanında “növbə çəkməsi” faktlarını gizlətmək mümkün deyil. Əlbir olduqları xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının vasitəsilə maddi gəlir əldə etmək üçün xəyanətlər edənlər keçmişi nə tez yaddan çıxarıblar? Axı elə həmin hakimiyyətin Ali Məhkəmə sədri parlament tribunasından dövlət rəhbərlərinin ölkəyə xəyanət etdiyini açıq şəkildə bildirmişdi.
Bəli, Ə.Kərimli və digərləri nə qədər cəhd etsələr də, bu sadalananları xalq unutmayıb. 1992-ci ildə sadalanan xəyanətlərlə yadda qalan, bu gün də dağıdıcılıqdan başqa bir fəaliyyəti olmayan və fərqli xarici maraqların danışan dilinə, əlaltısına çevrilmiş radikal düşərgə təmsilçiləri hər addımda Azərbaycanın milli mənafeyinə zidd mövqe tuturlar. Milli birliyin daha da gücləndirilməsinə, siyasi və iqtisadi sabitliyin qorunub saxlanmasına, dövlətçilik və milli maraqlara xidmət edən siyasi kursun davamlılığına qarşı “cəbhə” açmağa cəhd göstərən, xalqın iradəsinə qarşı düşmən mövqe sərgiləyən radikal kəsimin əsas fəaliyyət xətti isə, qeyd etdiyimiz kimi, məhz ermənipərəst xarici mərkəzlərin sifarişləri əsasında formalaşır.
Belə ki, son illərdə ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq-hakimiyyət birliyinin formalaşması və bir vəhdət təşkil etməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-azərbaycançı, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bəzi maraqlı xarici qüvvələrin oyuncağına çevrilmiş, ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə cəhd göstərən dağıdıcıların ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmaq üçün ermənipərəstlərin “mətbəx”ində hazırlanan yalanları yaymağa çalışması, bu məqsədlə aksiyalar keçirməsi isə onların siyasi kimliyini bir daha üzə çıxarır. Yəni bu aksiyalar Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi “ortaq tədbirlər”dir. Həmin aksiyalarda AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət “post”unu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar isə bir daha təsdiq edir ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Görünən odur ki, radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə belə hazırdırlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

