/ / Vüqar Rəhimzadə: Dünya ictimaiyyəti Azərbaycanın yüksək təşkilatçılığını, sabit və dinamik inkişafını bir daha gördü
Vüqar Rəhimzadə: Dünya ictimaiyyəti Azərbaycanın yüksək təşkilatçılığını, sabit və dinamik inkişafını bir daha gördü
01.06.2019 [10:01]
Azərbaycan dünyanın diqqət mərkəzində olan daha bir beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etdi. UEFA Avropa Liqasının final oyununun da yüksək səviyyədə təşkili, matçın təhlükəsiz və uğurlu şəraitdə baş tutması, ölkəmizə qonaq gəlmiş turistlərin xidmətlərdən razı olmaları, paytaxtımızın gözəlliyinə, tarixinə və müasirliyinə heyran qalmaları bir daha respublikamızın beynəlxalq tədbirləri uğurla reallaşdırması bacarığını nümayiş etdirdi.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında deyib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq humanitar-mədəni və siyasi mərkəzə çevrilməsi Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir: “Artıq uzun illərdir ki, Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, dünyada baş verən proseslərə öz müsbət təsirini göstərir. Biz bunu qlobal humanitar hərəkatdan tutmuş mədəniyyətlərarası dialoqa, dünyanın diqqət mərkəzində olan mədəniyyət və idman tədbirlərinə qədər müşahidə etmişik. “Avroviziya” mahnı müsabiqəsinin, birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının, müxtəlif humanitar tədbirlərin, eyni zamanda, bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FIFA U-17 qadınlararası dünya çempionatı, “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbirləri, o cümlədən Dünya və Avropa çempionatlarının timsalında dünya Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, sabit və dinamik inkişafını, uğurlarını, insanlarımızın qonaqpərvərliyini bir daha gördü. Əlbəttə ki, qlobal miqyaslı tədbirlərin keçirilməsi üçün Azərbaycana yüksək etimadın göstərilməsi təsadüfi deyil. Bu, Azərbaycanın dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısındakı müsbət reputasiyasının ifadəsidir”.
Vüqar Rəhimzadə əlavə edib ki, qlobal əhəmiyyətli tədbirlər ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan dividendlər gətirir: “Məhz bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, sabitlik adası kimi tanınması belə tədbirlərə ev sahibliyi etmək imkanlarını artırır və respublikamız bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Bundan əlavə, Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların, əməkdaşlığa açıq olması yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər, bu tədbirlər Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyada təbliğinə böyük təkan verir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları bundan sonra da artacaq, dünyanın ölkəmizə olan etimadı daha da möhkəmlənəcək”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

