Dövlət Komitəsinin sədri Küveytin səfiri ilə görüşüb
25.07.2019 [09:26]
İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.
Komitədən verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Mübariz Qurbanlı Azərbaycan və Küveyt arasında dostluq, qardaşlıq əlaqələrinin tarixindən, diplomatik münasibətlərin hazırkı durumundan söz açıb. O bildirib ki, bu gün İslam dünyası beynəlxalq aləmdə özünəməxsus yer tutur, İslam ölkələri İslam Əməkdaşlıq Təşkilatında birləşirlər. İki ölkənin uğurla inkişaf edən münasibətlərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanla Küveyt üzvü olduqları İƏT çərçivəsində və ikitərəfli istiqamətdə yüksək səviyyədə əməkdaşlıq edirlər.
M.Qurbanlı, həmçinin Prezident İlham Əliyevin 2009-cu ildə böyük nümayəndə heyəti ilə Küveytə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.
Küveyt və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi qeyd edib ki, qardaş ölkə olaraq Küveyt hər zaman Azərbaycanı müdafiə edib. O bildirib ki, Küveyt dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasətinə qarşı hər zaman ədalətli çağırışlar edib və Azərbaycanın haqq səsini beynəlxalq aləmdə yüksək səviyyədə müdafiə edib.
Səfir qeyd edib ki, ötən illər ərzində ölkələrimiz arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələr möhkəmləndirilib, o cümlədən hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb. Bu da ölkələrimizin iqtisadi, ticarət, investisiya qoyuluşu və turizm sahələrində səmərəli əməkdaşlığının daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Səfir ötən il 30 mindən çox Küveyt vətəndaşının ölkəmizə turist səfəri etdiyini deyib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Eyni zamanda, səfirə DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56

