/ / Nazirlər Kabinetində İranın Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
Nazirlər Kabinetində İranın Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
27.07.2019 [01:46]
İyulun 26-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Əli Səccadi ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki dost və müsəlman ölkə olan İran ilə Azərbaycan arasındakı münasibətlərdən danışan Baş Nazirin müavini qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini vurğulayıb. Əli Həsənov Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olduğunu deyib və əlavə edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.
Əsl dostluğun çətin və ağır günlərdə özünü açıq büruzə verdiyini deyən Baş Nazirin müavini Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi dövrdə İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin, beynəlxalq humanitar təşkilatların ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirib. Ətraflı məlumata görə minnətdarlığını bildirən Əli Səccadi sabit və inkişaf edən, tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

