Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş Nazir Novruz Məmmədov İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb

Baş Nazir Novruz Məmmədov İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb

15.08.2019 [09:50]

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Türkmənistana səfəri çərçivəsində İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Baş Nazir ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Novruz Məmmədov iqtisadi əməkdaşlığın genişləndiyini, iki ölkə arasında mühüm layihələrin həyata keçirildiyini qeyd edib.
İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri də Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, birgə layihələrin reallaşmasının həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu bildirib.
Tərəflər Soçidə təşkil olunacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində dövlət başçıları səviyyəsində keçiriləcək görüşün ölkələrimizin regional əməkdaşlığı baxımından vacib əhəmiyyət daşıdığını qeyd ediblər. Görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub və əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31