Hikmət Babaoğlu: Azərbaycanda sosial islahatlar ardıcıl və kompleks şəkildə aparılır
28.08.2019 [09:22]
Azərbaycanda sosial islahatlar ardıcıl və kompleks şəkildə aparılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Dövlətimizin əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxladığını vurğulayan Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Millət vəkili deyib ki, sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr ölkəmizin iqtisadi gücünün təzahürüdür.
“Ölkəmizdə sosial islahatlar ardıcıl və kompleks şəkildə aparılır. Təkcə onu demək kifayətdir ki, son bir ildə sosial sahədə aparılan islahatlar və sosial paketlər əhalinin təxminən 4 milyonunu əhatə edir. Bunların bir qismi əməkhaqlarının artırılması, digər qismi sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlıdır”, - deyə H.Babaoğlu bildirib.
Deputat vurğulayıb ki, sosial paketin həyata keçirilməsi üçün əvvəlcə qanunvericilikdə islahatlar aparılıb. Sonra sosial xidməti yaxşılaşdırmaq üçün yeni operativ qurumlar formalaşdırılıb. Bundan başqa, müvafiq nazirliklərin tərkibində xidmət asanlaşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən idarə və təşkilatlarda sosial müavinət alan vətəndaşlara xidmət səviyyəsi yüksəldilib.
“Ölkəmizdə minimum əməkhaqqının məbləği təxminən 2 dəfə artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bu addım əhalinin aztəminatlı qisminin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm amildir. Bu proses mütəmadi olaraq davam etdiriləcək. Təbii ki, sosial islahatların aparılması ciddi maliyyə mənbəyi tələb edir. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, büdcə ehtiyatları imkan verdikcə əhalinin aztəminatlı təbəqəsi davamlı olaraq sosial paketdən yararlana biləcək”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

