Qafqaz Müsəlmanları İdarəsinin sədri İslam Aləmi Liqası təşkilatının Baş katibi ilə görüşüb
03.09.2019 [09:36]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə bu ölkəyə reallaşan səfəri davam edir. QMİ sədri avqustun 30-da mənzil-qərargahı Məkkə şəhərində yerləşən İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim əl İsa ilə görüşüb.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə QMİ sədrinin Səudiyyə Ərəbistanına səfər etməsi yüksək dəyərləndirilib, belə görüşlərin Azərbaycan ilə İslam dünyası arasında əlaqələrin dərinləşməsinə və möhkəmlənməsinə böyük töhfə verdiyi qeyd olunub.
Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Baş katibə çatdıran Şeyxülislam A.Paşazadə dəvəti böyük məmnuniyyətlə qəbul edərək Səudiyyə Ərəbistanına səfər etdiyini, burada yüksək səviyyədə qarşılanmasını, göstərilən qonaqpərvərliyi və keçirdiyi mötəbər görüşləri yüksək dəyərləndirdiyini vurğulayaraq, bunun Azərbaycan dövlətinə və xalqına, həmçinin şəxsinə böyük ehtiramın bariz nümunəsi olduğunu bildirib.
Azərbaycan ilə İslam Aləmi Liqası arasında uzun illərdən bəri davam edən əlaqələrin həm ölkəmiz, həm də təşkilat üçün qarşılıqlı önəm və faydasının xüsusi qeyd edildiyi görüşün əsas müzakirə mövzusu bu münasibətlərin perspektivləri olub. İslam Aləmi Liqasının Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinin İslam dünyası üçün böyük önəm daşıdığını, onun Azərbaycanın İslam dünyasına inteqrasiyası yönündə səylərinin dəyərli olduğunu vurğulayıb.
Baş katib Məhəmməd bin Əbdülkərim əl İsanı Azərbaycanın bu il noyabrın 14-15-də ev sahibliyi edəcəyi Dünya Dini Liderlərinin II Bakı Sammitinə dəvət edən QMİ sədri dövlətimizin başçısının beynəlxalq müstəvidə İslam həmrəyliyi ideyalarına önəmli dəstəyi barədə məlumat verib. Dəvəti qəbul edən Baş katib böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini söyləyib.
Şeyxülislam A.Paşazadə onu da qeyd edib ki, xalqımız və dövlətimiz müsəlman ölkələrinin Azərbaycanın haqq işi uğrunda mübarizəsinə verdiyi dəstəyi yüksək qiymətləndirir, o cümlədən Səudiyyə Ərəbistanının torpaqlarımızı işğal etmiş Ermənistanın bu ölkədə səfirliyinin açılmasına icazə verməməsini buna gözəl nümunə kimi təqdir edir. QMİ sədri ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında ümumislam irsinin nümunələri olan məscidlərimizə, dini məkanlarımıza qarşı törətdikləri vandalizm hallarına qarşı İslam ölkələrinin, beynəlxalq İslam təşkilatlarının sərt münasibətinin vacibliyinə diqqət çəkib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri davam edir. Səfər Səudiyyə Ərəbistanı Krallığının “Əl-Bəyan”, “Acil”, “Əl-Mədinə” kimi aparıcı KİV-i tərəfindən geniş işıqlandırılır.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

