Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
14.09.2019 [10:33]
Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova 2019-cu ilin payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Sədr müavini son dövrdə ölkəmizdə əldə edilən nailiyyətlərdən söhbət açaraq, bu uğurların qazanılmasında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir. İqtisadi, sosial, humanitar sahələri əhatə edən bu islahatlar inqilabi xarakter daşıyır və əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Sonra Bahar Muradova gündəlikdəki məsələlər barədə məlumat verib. Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarındakı fəaliyyəti barədə hesabat təqdim olunduqdan sonra bildirilib ki, sessiya ərzində 10 iclas keçirilib, 18 məsələ müzakirə olunub. Komitə tərəfindən Milli Məclisə tövsiyə edilən 16 qanun layihəsi qəbul olunub. Bunlardan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunları qeyd etmək olar.
Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə 800 müraciət daxil olub. Komitə rəhbərliyi tərəfindən 124 vətəndaş qəbul edilib. 620 məktub baxılması üçün aidiyyəti üzrə göndərilib. Nəzarətə alınaraq göndərilən 236 ərizədən 217-nə yazılı cavab verilib.
Sonra 2019-cu il payız sessiyası üçün komitənin iş planı barədə söhbət açılıb. Diqqətə çatdırılıb ki, növbəti sessiyada Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanun və qərar layihələrinə dair rəy hazırlanması, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Deputatlar Tahir Kərimli, Elman Nəsirov, Yevda Abramov, Hikmət Babaoğlu, Flora Qasımova çıxış edərək komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyətini qənaətbəxş hesab edərək 2019-cu ilin payız sessiyası üçün iş planını müsbət dəyərləndiriblər, cari məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Sonra iclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verilib.
Bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 1.0.8-ci maddədə “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilir, 7.0.1-ci, 15.0.5-ci, 19.2.3-cü maddələrdə “reabilitasiya” sözündən sonra “və psixoloji korreksiya” sözləri, 8.0.6-cı maddədə isə “psixoloji” sözündən əvvəl “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə olunur. Layihəyə daxil olan digər qanunlara da müvafiq düzəlişlər edilib.
Diqqətə çatdırılıb ki, yuxarıda adı çəkilən qanunlarda nəzərdə tutulan dəyişikliklər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli Qanunu ilə əlaqədardır.
Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

