/ / Vüqar Rəhimzadə: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tərəfdaş ölkələrin iqtisadi imkanlarını daha da genişləndirəcək
Vüqar Rəhimzadə: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tərəfdaş ölkələrin iqtisadi imkanlarını daha da genişləndirəcək
25.09.2019 [09:24]
Zəngin neft və qaz yataqlarına malik olan Azərbaycan bu resursları beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərlərinin reallaşmasında təşəbbüsçü və iştirakçı kimi çıxış edib, onların uğurlu sonluqla başa çatmasına nail olub. Əsas hədəf iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişafın dayanıqlılığını təmin etməkdir. Son illərdə sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yönəlib. Müasir infrastrukturun yaradılması, nəqliyyat sahəsinə investisiyaların yatırılması prioritetlərimiz sırasındadır. Ölkəmiz coğrafi mövqeyindən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında Azərbaycanın rolunu şərh edərkən bildirib.
V.Rəhimzadə qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şərqi Asiya ölkələri ilə Avropanı əlaqələndirən irihəcmli layihədir. Bu layihənin əsası 2000-ci ildə Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan tərəfindən qoyulub. Sonralar layihəyə Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan da qoşulub. Azərbaycan 2005-ci ildə bu layihəyə qoşulmaqla qısa müddətdə onun aparıcı iştirakçısına çevrildi. Dövlətimizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırmasının əsasında dayanan amillərdən biri Azərbaycanı logistika və tranzit mərkəzə çevirməkdir. Bu amil dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq.
“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamilə işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkan verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik əldə etmiş olacaqlar”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də bu problemin ölkəmizdən qaynaqlanmadığı aydın görünür. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün zəruri olan infrastruktur layihələrini uğurla icra edib. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır”.
V.Rəhimzadə diqqəti hazırda dünyanın 150 ölkəsi tərəfindən böyük dəstək qazanan Çinin “Bir kəmər, bir yol” layihəsinin reallaşmasına Azərbaycanın verdiyi töhfələrə yönəldib. Bildirib ki, bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı: “Həmin Forumda bir daha qeyd olundu ki, əlverişli coğrafi məkana, zəngin təbii resurslara malik olan Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olması ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına, bu əlaqələrin mühüm əhəmiyyət kəsb edən layihələrin gerçəkləşdirilməsi ilə möhkəmləndirilməsinə geniş imkanlar açır. Son 16 ilə yaxın dövr ərzində ölkə iqtisadiyyatına 260 milyard dollara yaxın investisiyanın qoyulması da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev daim infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırılması ilə Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, əsas sərmayənin yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldildiyini, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçdiyini önə çəkərək bildirir ki, infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Azərbaycan həm Şərq-Qərb və həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir”.
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

