Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı
08.10.2019 [09:38]
Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Rusiyanın ən nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasi və ictimai xadim, İzborsk klubunun sədri və həmtəsisçisi, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.
AZƏRTAC xəbər verir ki, Aleksandr Proxanov təəssüratlarını Media.az ilə bölüşərək deyib: “Prezident İlham Əliyevin çıxışının əsas ideyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, davam edən hərbi əməliyyatlardan danışdı. Onun çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı dinc sakini öldürməsi barədə informasiya daxil olmuşdu. Prezident İlham Əliyev Yerevanın “Qarabağ Ermənistandır və nöqtə” iddiasını ehtiva edən formuluna digər - “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə cavab verdi.
A.Proxanov qeyd edib: “Ümumilikdə, söhbət Asiyada “hərbi forma” alan yerlərdəki münaqişəli vəziyyətlərdən gedirdi. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin münaqişələrin nizamlanması məsələsində konstruktiv mövqeyini qeyd edib”.
Yazıçı vurğulayıb ki, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: “Zal İlham Əliyevi alqışlayırdı”.
Aleksandr Proxanov bu yaxınlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözlərini pisləyən bəyanatı ilə bağlı sualı da cavablandırıb. O deyib: “Bizim Prezident bu yaxınlarda Ermənistanın lideri və artıq Soçidə Azərbaycan Prezidenti ilə də görüşlər keçirib. Rusiya getdikcə artan qeyri-sabitliyi tarazlaşdırmağa səy göstərir. Lavrovun sözlərinə gəldikdə isə, burada hər şey aydındır. Əlbəttə, Rusiya XİN-in rəhbəri Paşinyanın bəyanatını pisləməli idi”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

