/ / Oqtay Əsədov: Əminik ki, Azərbaycan-Gürcüstan əlaqələri ildən-ilə daha da inkişaf edəcək və möhkəmlənəcək
Oqtay Əsədov: Əminik ki, Azərbaycan-Gürcüstan əlaqələri ildən-ilə daha da inkişaf edəcək və möhkəmlənəcək
10.10.2019 [09:49]
Oktyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, sədr qonağın Baş Nazir kimi Azərbaycana ilk rəsmi səfərini yüksək dəyərləndirib. O ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək.
Bildirilib ki, hər iki xalq həmişə bir-birinin yanında olub, bir-birini dəstəkləyib. Təsadüfi deyil ki, dövlətlərimiz strateji tərəfdaş və müttəfiqdirlər. Dövlət başçılarının müxtəlif vaxtlarda qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə öz təsirini göstərib. Azərbaycan ilə Gürcüstan arasında 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 580 milyon dollar həcmində olub. Cari ilin 9 ayında bu göstərici 440 milyon təşkil edib. Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırımlar edən ən iri investorlardan biridir.
Oqtay Əsədov qeyd edib ki, parlamentlərimiz arasında yüksək səviyyəli səfərlər qanunverici orqanlarımızı bir-birinə daha da yaxınlaşdırır. Sevindirici haldır ki, hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq parlament qurumları çərçivəsində bir sıra məsələlərdə ortaq mövqedən çıxış edirlər. Regional müstəvidə Azərbaycan, Gürcüstan, Türkiyə arasında üçtərəfli formatda əməkdaşlıq bölgədə sülhün və hərtərəfli inkişafın əsas dəstəkləyici amillərindən biridir. “Əminik ki, Azərbaycan-Gürcüstan əlaqələri ildən-ilə daha da inkişaf edəcək və möhkəmlənəcək”, - deyə sədr vurğulayıb.
Giorgi Qaxariya ölkəsinin Baş Naziri qismində ilk səfərini məhz Azərbaycana etdiyini vurğulayıb. O qeyd edib ki, heç bir qüvvə Gürcüstan-Azərbaycan dostluğuna, qardaşlığına kölgə sala bilməz. Hər iki xalq tarixən bir-birinə yaxın olub, dostluq və əmin-amanlıq şəraitində yaşayıblar. Tarixin müəyyən dönəmində oxşar problemlərlə üzləşməyimiz regionda təhlükəsizliyin təmin edilməsinin necə vacib olduğunu bir daha önə çıxarıb. Bölgədəki münaqişələr inkişafa böyük maneə yaradır. Biz bu problemlərin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.
Vurğulanıb ki, hər iki ölkənin birgə həyata keçirdiyi layihələr bölgə sərhədlərini aşaraq, qlobal əhəmiyyət kəsb edib. Gürcüstanın Baş Naziri parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin vacibliyinə toxunaraq beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakını və bir-birilərini dəstəkləmələrini təqdir edib.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Hikmət Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

