Seulda OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub
07.11.2019 [09:16]
Noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası öz işinə başlayacaq.
Bununla əlaqədar noyabrın 6-da OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələrinin şərəfinə Seul şəhərinin meri Park Von Sunun iştirakı ilə rəsmi qəbul təşkil edilib.
Yonhap agentliyinin prezidenti Ço San Bo Baş Assambleyanın keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. O, üzv agentliklərin təşkilatın işində yaxından iştirak etdiyini bildirərək AZƏRTAC-ın OANA-ya sədrliyi dövrünün bir sıra yeniliklərlə yadda qaldığını vurğulayıb.
Sosial şəbəkələrin və onlayn medianın sürətlə inkişaf etdiyi bir vaxtda informasiya agentliklərinin rolunun daha da artdığını deyən Seul şəhərinin meri Park Von Su OANA-nın jurnalistikanın əsasını təşkil edən dəyərli ənənələri qoruyub saxlamasından məmnunluğunu ifadə edib. Yeni texnologiyaların jurnalistikanın inkişafına təsir etdiyini deyən mer bunun mətbuat üçün həm çağırışlar yaratdığını, həm də yeni imkanlar açdığını söyləyib.
Baş Assambleyanın gündəliyi barədə məlumat verən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclaslarda medianın inkişafı meyillərinin müzakirə olunacağını, OANA-nın bir sıra təşkilati məsələlərinin həll ediləcəyini deyib. “İki gün davam edəcək Baş Assambleyada biz üzv agentliklərin əməkdaşlıq perspektivləri, təşkilatın təkmilləşdirilməsi yolları barədə müzakirələr aparacaq, OANA Mükəmməllik Mükafatını qaliblərə təqdim edəcəyik. Əminəm ki, bu, Baş Assambleya da təşkilatımızın tarixində bir sıra həlledici qərarlar və yanaşmalarla yadda qalacaq”, - deyə A.Aslanov bildirib.
OANA-nın XVII Baş Assambleyası noyabrın 7-8-də Yonhap agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Assambleyada təşkilatın yeni sədri və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyi birləşdirən bu media qurumuna rəhbərlik edir. OANA-nın XVI Baş Assambleyası 2016-cı il noyabrın 18-də Bakıda keçirilib.
Xəbər lenti
Hamısına baxGündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26

