Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
15.11.2019 [10:16]
Noyabrın 14-də Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib.
AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini, Sammitin Təşkilat Komitəsinin sədri Əli Əhmədov plenar iclasda çıxış edərək Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa uzun illərdir böyük töhfələr verdiyini deyib. Qeyd edib ki, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan bu məsələyə xüsusi diqqətlə yanaşır. Dünyanın ayrı-ayrı regionlarında ksenofobiyanın artması dini liderlərin rolunu daha da artırır. Bu gün dünyada multikulturalizmə daha çox ehtiyac yaranıb. Dünya dini liderlərinin Bakı Sammiti yüz milyonlarla insanı narahat edən məsələlərin müzakirə olunduğu əhəmiyyətli platformadır.
Sonra “Bəşəri çağırış” filmi nümayiş olunub.
İclasda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının nümayəndəsi Migel Angel Moratinos vurğulayıb ki, bu gün bütün insanlar dünyada sülhün bərqərar olması üçün birgə səy göstərməlidir. Dini liderlər sülhün bərqərar edilməsi üçün birgə çalışmalıdırlar. Bəzən din siyasi alətə çevrilir, ondan insanlar arasında nifaq salmaq üçün istifadə edilir.
Malayziyanın dini məsələlər üzrə naziri Mücahid bin Yusif bildirib ki, yalnız qarşılıqlı hörmət və ehtirama əsaslanmaqla dünyada sülhü qorumaq olar. Dini liderlər isə bu ehtiramı yaratmaq baxımından əhəmiyyətli rol oynayırlar.
Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş qeyd edib ki, son iki əsrdə dünyada dindən siyasi alət kimi daha çox istifadə edilməyə başlanılıb. Bu özünü daha çox İslam ölkələrində göstərir. Ali Erbaş Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində ölkəmizin yanında olduğunu vurğulayaraq deyib ki, ermənilərin işğal etdikləri ərazilərdə dini-mədəni abidələri vəhşicəsinə dağıtmasını qətiyyətlə pisləyir.
Berlin yəhudi icmasının rəhbəri Ravvin Yitsaq Ehrenberq müxtəlif dinlərin nümayəndələrinin sülhün bərqərar olunması istiqamətində təcrübələrini bölüşməsinin vacibliyinə toxunub. Bildirib ki, bu, qarşılıqlı anlaşma baxımından da əhəmiyyətlidir.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinov tədbirin əhəmiyyətinə toxunaraq qeyd edib ki, belə tədbirlər dünyada sülhün qorunması baxımından xüsusi önəmə malikdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, çoxdinli Azərbaycanda dini ayrı-seçkiliklə bağlı heç bir xoşagəlməz hal yaşanmır. Prezident İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi ilə bağlı Sərəncamı dini müxtəlifliyin qorunması və Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi fəaliyyətə verdiyi ən böyük qiymətdir.
İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı xatirələrini bölüşüb, onun Qafqazda sülhün qorunması istiqamətində fəaliyyətinin bütün dünyada yüksək dəyərləndirildiyini qeyd edib.
Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddin Azərbaycan və Rusiya arasında digər sahələrdə olduğu kimi, dini anlaşma baxımından da yaxşı münasibətlərin olduğunu bildirib. Bildirib ki, bu məsələ hər iki dövlətin daim diqqət mərkəzindədir.
Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi Ramazan Abdulatipov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunmasındakı rolundan bəhs edib. Qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan bu siyasətin nəticəsində gündən-günə inkişaf edir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

