İtaliya qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub
23.01.2020 [09:59]
Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca De Maionun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Qanlı 20 Yanvar hadisələri ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən, ölkəmizə qarşı qərəzli və yalan məlumatların yer aldığı “Ermənilərin Azərbaycan tərəfindən gizlədilən qətliamı” adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “La Verita” qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu tam şəkildə dərc olunub. Səfirin cavab məktubunda bildirilir: “Mətbuatın italyan oxucularına çox da tanış olmayan tarixi məqamlara diqqət ayırması həmişə maraqlıdır. Ancaq təəssüflə bildiririk ki, cavab hüququndan istifadə etməklə dərc olunmasını xahiş etdiyimiz bu məktubumun səbəbi müəllifin hadisələri dərindən araşdırmadan Azərbaycan üçün faciələrlə dolu bir tarixi dövrü təsvir etməsidir.
Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, məqalədə müəllifin erməni propaqandasından qaynaqlanan məlumatlarla həqiqətdən uzaq bir şəkildə xatırlatdığı məhz bugünkü 20 Yanvar tarixində Azərbaycan Qara Yanvarın 30-cu ildönümünü anır. Ermənistanın bu propaqandasının məqsədi Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış, çağdaş tarixdə Azərbaycan xalqına qarşı ən qanlı qırğınlardan biri olan Qara Yanvar hadisələrinin də daxil olduğu faciəli hadisələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin köklərini və mahiyyətini gizlətmək və təhrif etməkdir.
Həqiqət budur ki, 1990-cı il yanvarın 19-u gecə Sovet İttifaqının ovaxtkı prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusunun 30 minə yaxın əsgəri Bakıya doğru irəlilədi. Dəniz də daxil olmaqla, bütün istiqamətlərdən genişmiqyaslı hərbi əməliyyat silahsız sakinləri, istisna edilmədən qadınları, qocaları və körpələri hədəf almağa yönəldilmişdir; hətta təcili tibbi yardım maşınlarının sürücüləri və həkimləri vəhşicəsinə öldürülmüşdür. Zirehli tanklar və hərbi nəqliyyat vasitələri içərisindəki insanlardan asılı olmayaraq mülki və təcili yardım maşınlarını əzdilər. Hücum 147 mülki şəxsin ölümünə, 800-ə yaxın insanın yaralanmasına səbəb oldu.
Qoşunların Bakıya və ölkənin digər şəhərlərinə daxil olmasında əsas məqsəd SSRİ tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın xeyrinə birtərəfli, qərəzli və yolverilməz siyasətə qarşı başlanan dinc nümayişlərin boğulması ilə əhalini susdurmaq idi.
“Human Rights Watch” təşkilatı “Azərbaycanda Qara Yanvar” adlı hesabatında qeyd edir ki, həqiqətən 19-20 Yanvar gecəsində sovet ordusu tərəfindən törədilən zorakılıq azərbaycanlıların göstərdiyi müqavimətə nisbətdə o qədər qeyri-bərabər idi ki, bu, kənardan kollektiv cəza kimi görünürdü.
Qara Yanvar XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağın Azərbaycan bölgəsinə ərazi iddiaları və 250 min azərbaycanlının Ermənistandakı tarixi torpaqlarından didərgin salınması ilə başlayan prosesin bir hissəsidir.
Bunun ardınca Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladı, bu da Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın 20 faizinin hərbi işğalına, işğal edilmiş ərazilərdə 750 min nəfər azərbaycanlıya qarşı etnik təmizlənməyə və həmin ərazilərdə Azərbaycanın tarixi abidələrinin dağıdılmasına gətirib çıxardı. Ermənistan beynəlxalq humanitar hüququ ciddi şəkildə pozdu və çoxsaylı müharibə cinayətləri, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə münaqişənin ən faciəvi hadisəsi olan, Ermənistan ordusu tərəfindən 613 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi Xocalı soyqırımını törətdi.
Müəllif mövzunu araşdırsaydı münaqişə barədə beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının ərazilərimizdən Ermənistan qoşunlarının çıxarılmasına, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına dair Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnamələr barədə də məlumat əldə edə bilərdi.
Azərbaycan tarixən müxtəlif din və millətlərin sülh və harmoniya içində yaşadığı bir ölkədir və Azərbaycanın multikulturalizm modeli beynəlxalq səviyyədə bir nümunə kimi qiymətləndirilir. Ermənistan istər Ermənistanın özündə, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara qarşı etnik təmizləmə aparsa da, həmin ərazilərdə Azərbaycana məxsus bütün tarixi və mədəni irsi məhv etsə də, ölkəmizdə on minlərlə erməni mənşəli vətəndaşlar digər vətəndaşlarla eyni hüquqlara malikdir, Bakının mərkəzində dövlətimiz tərəfindən təmir edilmiş erməni kilsəsi mövcuddur və orada 5 mindən çox erməni dilində kitab qorunur.
Qara Yanvar zamanı, habelə Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən hadisələrin məqalədə verilmiş formada təsviri şəhidlərin xatirəsinə və işğal edilmiş ərazilərdə öz yaxınlarının məzarlarını ziyarət etmək imkanından məhrum olan 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hisslərinə hörmətsizlikdir.
Bizim məqsədimiz qəzetinizin adında (La Verita’ italyanca həqiqət deməkdir) qeyd olunduğu kimi oxuculara həqiqəti çatdırmaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

