/ / Hikmət Babaoğlu: Prezident İlham Əliyev Öz tarixi, hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
Hikmət Babaoğlu: Prezident İlham Əliyev Öz tarixi, hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
18.02.2020 [09:41]
Prezident İlham Əliyev Öz tarixi, hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi. Bunu Trend-ə deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi: “İlk dəfə idi ki, problem haqqında belə açıq müzakirələr aparıldı və bütün qlobal informasiya resurslarının diqqəti məhz bu panel müzakirələrinə fokuslanmışdı.
Azərbaycan Prezidenti Öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi bilgiləri, yüksək dilbilmə qabiliyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay etdi. Bir daha hamıya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomiyanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır.
Bunlar əsl siyasi lider keyfiyyətləridir və hər bir azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər. Müzakirələrdə miskin vəziyyətə salınmış işğalçı Ermənistanın baş nazirinin qarşısında özündən əmin, xalqına arxalanan, haqqı, ədaləti, beynəlxalq hüququn təmin olunmasını tələb edən bir Prezident var idi. Əminəm ki, bu müzakirələrdə bir daha Prezident İlham Əliyev hamını istər tarixi, istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycana aid olduğuna inandırmağı bacardı. Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir isə Paşinyanın və onun havadarlarının sifətinə vurulan siyasi sillə idi: birincisi, “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox”, ikinci isə, “Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq”. Bu fikirlər təkcə Ermənistana deyil, bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarıc idi ki, biz torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzu bərpa edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45

