/ / Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
25.02.2020 [09:26]
Siyavuş Novruzov,
YAP İcra katibinin müavini,
Milli Məclisin komitə sədri
Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz praqmatik və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir. Bəhs olunan aşkar reallıqların fonunda istər regional, istərsə də qlobal miqyasda mühüm təsir imkanları və mexanizmlərinə malik olan müstəqil milli dövlətlər, eləcə də beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın dünya siyasətində fəal rolu yüksək qiymətləndirilir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Bu baxımdan, Avropanın lokomotiv aktorlarından olan İtaliya Respublikasının Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verməsi ayrıca qeyd edilməlidir. Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da İtaliya ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Heç şübhəsiz, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Əlamətdar haldır ki, bu səfər cari ildə İtaliyaya xarici ölkələrin dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir. Bu fakt İtaliyanın Azərbaycanla dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsi - əyani ifadəsidir. Dövlətimizin başçısının bəhs olunan ölkəyə səfəri zamanı keçirilən görüşlər və imzalanan çoxsaylı sənədlər iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın yüksək səviyyədə olmasını əks etdirir. Azərbaycan Prezidentinin italiyalı həmkarı Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kaselatti və Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşləri zamanı səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin həm də yaxşı perspektivlərə malik olmasını təsdiq edir. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənədin imzalanması isə siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrində əlaqələrin inkişafına vacib töhfədir. Ən mühüm məqamlardan biri isə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasıdır. Sənəd bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb. Birgə Bəyannamədə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə etmələri isə strateji əhəmiyyətə malikdir. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi tarixi önəm kəsb edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın diqqətində olan 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti tərəfindən tarixi, hüquqi və siyasi reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə qətiyyətlə çatdırılmasından sonra sözügedən strateji sənəddə ölkəmizin haqlı və ədalətli mövqeyinə dəstək xarakterli müddəaların əksini tapması növbəti mühüm diplomatik nailiyyətdir. Başqa sözlə, Avropa İttifaqının aparıcı ölkələrindən biri ilə imzalanmış Birgə Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarlar əsasında həll olunmasının göstərilməsi Azərbaycanın ardıcıl və məqsədyönlü strateji diplomatiya siyasətinin çox əhəmiyyətli uğurudur. Birgə Bəyannamədə əksini tapmış mühüm məsələlərdən biri tərəflərin Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında tamamlanması üçün səylər göstərəcəklərini ifadə etmələridir. Bu, heç şübhəsiz, regional və beynəlxalq təhlükəsizlik, o cümlədən Avropanın enerji təhlükəsizliyi baxımından olduqca önəmlidir. Çünki TAP Cənub Qaz Dəhlizinin tam fəaliyyət göstərməsinə, Azərbaycan qazının Avropaya çatdırılmasına yeni imkanlar yaradacaq. Beləliklə, təbii qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi ilə Avropa enerji təhlükəsizliyi möhkəmləndirilmiş olacaq. Bütövlükdə, Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycanın İtaliya ilə sıx əməkdaşlığı strateji xarakter daşıyır. Səfər zamanı diqqət mərkəzində olan əhəmiyyətli məsələlərdən biri tərəflər arasında ticari-iqtisadi münasibətlərin inkişafı oldu. Məlumdur ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Keçən il İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olub. Ümumilikdə isə İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Ötən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Bu faktlar həm də dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın beynəlxalq miqyasda səmərəli və məhsuldar ticari-iqtisadi əlaqələrinin daha bir göstəricisidir. Nəticə etibarilə, dövlətimizin başçısının bəhs olunan səfəri, səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən sənədlərin imzalanması və digər mühüm faktlar dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

