/ / Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsinə xidmət edən islahatlar davamlı xarakter daşıyır
Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsinə xidmət edən islahatlar davamlı xarakter daşıyır
30.04.2020 [10:56]
Siyasi dialoqdan imtina edən, milli maraqlara zidd mövqe sərgiləyən marginal qruplaşmanın ölkəmizdə həyata keçirilən islahatların, eləcə də qazanılan nailiyyətlərin üzərinə kölgə salmaq cəhdləriisə fiaskoya məhkumdur
Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar kursu bütün sahələrin dinamik inkişafını təmin edib. Qeyd edilməlidir ki, sosial-iqtisadi platformada atılan uğurlu addımlar bu gün ölkəmizin iqtisadi gücünü daha da artırır. Bununla yanaşı, siyasi sistemin inkişafına xidmət edən ardıcıl və məqsədyönlü islahatlar da mühüm əhəmiyyətə malikdir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, 2020-ci ilin fevralın 9-da ölkəmizdə keçirilmiş parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Bəhs olunan seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçilmələri bu baxımdan xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Kamilə Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların ölkəmizin qüdrətinin daha da artmasına xidmət etdiyini deyib. Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə xidmət edən islahatların davamlı xarakter daşıdığını deyənmillət vəkili bildirib ki, 2020-ci ilin əvvəlindən daha geniş vüsət alan siyasi islahatlar ölkəmizdə siyasi dialoq mühitinin daha yüksək səviyyəyə çatdırılmasında əsaslı rol oynayıb. Qısa zaman çərçivəsində reallaşdırılan islahatlar, həmçinin kadr islahatları və yeni tərkibdə formalaşan Milli Məclis daha təkmil və çevik idarəetmə mexanizminin yaranmasına yol açıb. Təbii ki, bu yeniliklər, aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib: "Digər mühüm məqamlardan biri bu ilin əvvəlindən hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsidir. Təbii ki, öz fəaliyyətində milli maraqları – dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət yanaşdılar. Hazırda fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq strateji önəm kəsb edir. Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınması da islahatların tərkib hissəsi kimi olduqca əhəmiyyətlidir. Bu siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür, eyni zamanda, Azərbaycanın siyasi sistemində yeniləşmənin ikinci fazası olaraq xarakterizə edilə bilər".
Millət vəkili onu da qeyd edib ki, dialoqdan imtina edən marginal qruplaşma isə anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edir, milli maraqlara zidd mövqe sərgiləyir. Onun sözlərinə görə, həmin radikal qrupların islahatların, eləcə də ölkəmizin qazandığı nailiyyətlərin üzərinə kölgə salmaq cəhdləri fiaskoya məhkumdur.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli də Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlarla yanaşı, siyasi islahatların daha da dərinləşdirilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təcrübə göstərir ki, islahatlar bütün sahələr üzrə paralel şəkildə aparıldıqda, dövlət idarəçiliyi sistemi mövcud çağırışlara cavab verdikdə və prosesə ictimai nəzarət mexanizmləri gücləndirildikdə effektiv nəticə verir: "Azərbaycanda ötən müddət ərzində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, gənclərə öz potensiallarını ortaya qoymaları üçün geniş imkanların yaradılması, kadrlara münasibətdə peşəkarlıq, dürüstlük, vətənpərvərlik kimi mühüm keyfiyyətlərin ön plana keçirilməsi islahatların qarşıdakı mərhələdə də uğurla davam etdirilməsinə zəmin yaradır".
E.Mirzəbəyli onu da əlavə edib ki, siyasi sistemin yeni konfiqurasiyası, ilk növbədə, qarşılıqlı etimadlı siyasi münasibətlər sisteminin, dialoq mədəniyyətinin formalaşmasını, çoxpartiyalı sistemin istisnasız olaraq Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edəcək bir platforma üzərindən inkişafını, dövlətçilik və müstəqillik prinsiplərinin rəhbər tutulmasını ehtiva edən siyasi sistemin yaradılmasıdır. Bu, Azərbaycan dövlətçiliyi üçün yeni və olduqca mühüm, bəlkə də, tarixi əhəmiyyət kəsb edən bir mərhələdir: "Təəssüf ki, son dövrlərədək Azərbaycanda dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf kimi müqəddəs amallar ətrafında yeni siyasi münasibətlər sisteminin formalaşmasına həm daxili – antimilli qruplaşmalar, həm də Azərbaycana düşmən kəsilən xarici qüvvələr ciddi maneələr yaratmağa çalışıblar. Lakin bütün bu cəhdlər Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının toplumsal siyasi səviyyəsi və ölkəmizdəki siyasi qüvvələrin mütləq əksəriyyətinin obyektiv dəyərləndirmə hissini itirməməsi nəticəsində iflasa uğrayıb və keçmişdə qalıb. Azərbaycanın islahatlar yolu ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, bu istiqamətdə inamla addımlaması xalqın, siyasi qüvvələrin mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi, alternativi olmayan yoldur".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

