/ / Hikmət Babaoğlu: Donald Trampın sosial şəbəkələrlə bağlı qərarı mövcud informasiya xaosuna nizam gətirmək cəhdidir
Hikmət Babaoğlu: Donald Trampın sosial şəbəkələrlə bağlı qərarı mövcud informasiya xaosuna nizam gətirmək cəhdidir
30.05.2020 [14:09]
ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi, əslində, bu platformalarda hazırda mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, sosial şəbəkə adlandırdığımız internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır:
"Hazırkı qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti elə qlobal xarakter daşımaqla özəl olmaqdan çoxdan çıxıb, sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi etibarı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən instutisional quruma çevrilib.
Eyni zamanda, istənilən hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirərək onu ictimai fikrə təqdim edən də sosial şəbəkələr və mediadır. Həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz, ya da siyasi portret bir çox hallarda heç də obyektivə uyğun olmur.
Beləliklə, ictimai şüurla manipulyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil. Sosial şəbəkələr bəzən mənəvi sferadan başlamış mədəni - etik seferaya qədər hər yerdə dəyərləri aşağılayır, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir və s. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır".
H.Babaoğlu əlavə edib ki, ABŞ Prezidentini də belə qərar qəbul etməyə vadar edən səbəblər bunlardır: "Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin - yəni prezidentinin söylədiyi fikirləri qeyri-dəqiq ola biləcəyi etiketi ilə yaymaq həmin prezidenti əslində etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Göründüyü kimi, bu müzakirələr və təsbitlər Trampın qərarının əslində düzgün olduğunu göstərir. Məsələ ondadır ki, sosial şəbəkələrin fəaliyyəti təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur, eyni zamanda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oyanayır.
Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi – siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur. Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırkı vəziyyətdə isə Trampın belə bir qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir.
Ancaq şübhəsiz ki, sosial media və sosial şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır və hazırkı mərhələdə sosial və hüquqi məsuliyyətini artıqmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.
ABŞ Prezidenti, həmçinin “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.
Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

