“Milli şura”nın “buğa problemi”
10.06.2020 [16:23]
Siyavuş Novruzov
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Siyasət meydanında heç bir rola və təsir gücünə, eləcə də xalqın etimadı və dəstəyinə malik olmayan “milli şura” adlanan qondarma qurumda cəmləşən radikal ünsürlər özlərini ifşa etməyə davam edirlər. Müəyyən müddətdir ki, dağıdıcı düşərgə təmsilçiləri xaricdən maliyyələşən, anti-Azərbaycan dairələr tərəfindən idarə olunan internet TV kanalları vasitəsilə yalanlar tirajlayır, bununla da həqiqətləri təhrif edərək ictimai rəyi çaşdırmağa çalışırlar. Məqsəd Azərbaycanın uğurlarının, müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Çünki onlar ölkəmizin inkişafından, respublikamızın qüdrətinin daha da artmasından, Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyinin mövcudluğundan narahat olan erməni lobbisinin, ermənipərəst dairələrin maddi dəstəyi və siyasi sifarişləri əsasında hərəkət edirlər. Təbii ki, heç bir nəticə verməyən bu qarayaxma kampaniyası hər zaman iflasa düçar olur. Çünki radikal ünsürləri tarixin tozlu arxivinə göndərmiş Azərbaycan xalqı ölkəmizdə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir, vətəndaş-dövlət birliyinin pozulmasına xidmət edən bu cür cəhdləri qətiyyətlə rədd edir.
“Milli şura”da toplaşmış antimilli ünsürlərin “fəaliyyət”ini və mahiyyətini əks etdirən məqamlardan biri onların son zamanlar adını “videoiclas” qoyduqları virtual toplantılarda sərgilədikləri davranışlardır. Belə qeybət xarakterli, qeyri-ciddi fikirlərin tüğyan etdiyi “iclas”larda səsləndirilən fikirlər onların xalq, ölkə və dünya üçün mühüm əhəmiyyətə malik olan məsələləri müzakirə etmək iqtidarında olmaqdılarını, siyasi dünyagörüşlərinin təhqir, böhtan xarakterli və mənəvi dəyərlərdən uzaq düşüncələrdən ibarət olduğunu göstərir. Bu reallığı əks etdirən bir neçə nümunəyə nəzər yetirək.
Əvvəla, “milli şura” adlı qondarma siyasi dərnəyin sədri Cəmil Həsənli sonuncu “videoiclas”da hakimiyyətin təşəbbüsü ilə həyata keçirilən siyasi dialoq prosesinə qoşulan partiyaların ünvanına təhqiramiz ifadələr söyləyib. Bu, hər şeydən əvvəl, iki məqamdan xəbər verir. Birincisi, Cəmil Həsənli və onun radikal düşərgədaşları siyasi sistemin inkişafına xidmət edən dialoq prosesini qiymətləndirmək qabiliyyəti və iqtidarında deyillər. Çünki bu təşəbbüs dağıdıcı deyil, konstruktiv xarakter daşıyır, milli maraqlara xidmət edir, siyasi münasibətlərin inkişafı istiqamətində yeni imkanlar yaradır. Radikal müxalifət üçün isə “milli maraqlar” anlayışı yaddır, onlar bütün imkanlarını Azərbaycanda xaos, vətəndaşla dövlət arasında etimadsızlıq yaratmağa səfərbər ediblər. İkincisi, okeanın o tayında oturub “siyasi nağıl”lar söyləyən Cəmil Həsənlinin siyasi dialoq prosesində iştirak edən partiyalara yönəlik qeyri-etik, təhqir xarakterli fikirləri onun simasında radikalların mənəvi dünyagörüşünün, siyasi əxlaqının hansı səviyyədə olduğunu göstərir. Qərəzi və hikkəsi səbəbindən prosesləri düzgün təhlil edə bilməyən bu antimilli ünsürlərin “müzakirə”si elə bu cür mənəviyyatdan uzaq yanaşmalardan ibarətdir.
“Milli şura”nın sonuncu “videoiclas”ını bəzəyən məqamlardan biri isə Cəmil Həsənlidən eşitdiyi lətifənin təsirindən ayıla və oyana bilməyən Gültəkin Hacıbəylinin qeyri-ciddi fikirləri oldu. O, bəhs olunan “toplantı”da qəfildən, özü də yersiz və mənasız şəkildə “buğa əhvalatı”ndan bəhs etməyə, inək ilə buğa arasında müqayisə aparmağa başladı. Belə bir fikir söyləmək, bu cür müqayisə aparmaq zərurətinin nədən qaynaqlandığı aydın olmasa da, hər halda, “siyasi məsələlərin müzakirəsi”nə həsr olunmuş “iclas”ın gündəliyinin inək və buğa arasındakı fərqin müəyyənləşdirməsi üzərində köklənməsi normal görünmür. Elə buna görə də G.Hacıbəylinin məlum fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən istehza ilə qarşılandı, lağ obyektinə çevrildi.
Hər halda, özünü cəmiyyətə “siyasətçi” kimi təqdim edən bir şəxsin adını “iclas” qoyduqları virtual yığıncaqda müzakirə edəcəyi məsələ “buğa problemi”, inək-buğa müqayisəsi olmamalıdır. Bu, təkcə növbəti özünüifşa deyil, eyni zamanda, həmin insanın timsalında radikal düşərgə təmsilçilərinin siyasi dünyagörüşünün hansı düşüncələrlə “zəngin” olmasından xəbər verir. Sözügedən fakt həm də onun göstəricisidir ki, ölkə və dünya gündəminə dair kifayət qədər ciddi, mühüm əhəmiyyətə malik olan məsələləri təhlil və müzakirə etmək qabiliyyətinə malik olmayan “milli şura” gündəmi “yeni” və “fərqli” məsələlərlə “zənginləşdirmək”, özlərinəxas müzakirələrlə meydana çıxmaq düşüncəsindədir. Amma bütün hallarda bu məsələ “inəklə buğa arasındakı fərq problemi” və ya “buğa axtarışı” olmamalıdır. İctimai rəyin “milli şura”nın “buğa problemi”nin müzakirəsinə ehtiyacı yoxdur, çünki hər halda, “buğa axtarışı” onların öz daxili “siyasi gündəliyi”ni təşkil edən məsələlərdəndir.
Bütövlükdə, “milli şura” adlı qondarma qurumun “videoiclas”larında səsləndirilən ifadələr, müzakirə forması, irəli sürülən fikirlər bir daha radikal düşərgədə cəmləşənlərin ciddilikdən və millilikdən uzaq görüntüsünü aydın surətdə əks etdirir. Necə deyərlər, faktlar ortadadır, əlavə sözə və şərhə ehtiyac yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

