/ / Azərbaycan-Sloveniya parlamentlərarası əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələr aparılıb
Azərbaycan-Sloveniya parlamentlərarası əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələr aparılıb
19.06.2020 [08:54]
İyunun 18-də Milli Məclisdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev ilə bu ölkənin parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Matyaz Nemek arasında videokonfrans formatında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Ağalar Vəliyev iki ölkə arasındakı dostluq münasibətlərini məmnunluqla qeyd edib. Bildirib ki, Sloveniya ilə siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi və ticari əlaqələrimizə də müsbət təsir göstərir. O, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Ölkələrimiz arasında 12 sənədin imzalandığı vurğulanıb. Parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərindən söz açan deputat beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin əhəmiyyətini qeyd edib.
Ağalar Vəliyev COVID-19 pandemiyasının ölkə rəhbərliyi tərəfindən Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan dövlətinin Ümumdünya Səhiyyə Təşkilatına ianələr köçürdüyünü, ehtiyacı olan 29 ölkəyə humanitar yardımlar etdiyini deyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışan deputat 2014-cü ildə Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə, 2016-cı ildə isə Xocalı faciəsinə dair qətnamələrin qəbul olunmasını yüksək dəyərləndirib. Sloveniyanın ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Matyaz Nemek qanunverici orqanların yüksək səviyyəli əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafında oynadığı roldan danışıb. Ölkəmizin tarixinə, mədəniyyətinə və dahi şəxsiyyətlərinə olan dərin ehtiramını ifadə edib. Azərbaycanın iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu bildirən Matyaz Nemek əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Videogörüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

