/ / Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Minsk qrupuna öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır
Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Minsk qrupuna öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır
09.07.2020 [10:02]
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Hadisənin özü özlüyündə olduqca əhəmiyyətli və aktualdır. Çünki nəticə etibarilə söhbət ümummilli təhlükəsizliyimizdən gedir və açılan yeni müəssisə məhz buna xidmət edəcək. Azərbaycan Prezidenti hospitalın açılışından sonra milli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra elə ciddi və aktual məsələlər də toxundu ki, onların hər biri haqqında ayrıca danışmaq, təhlil aparmaq və ictimai yaddaşımız üçün bəzi ümumiləşdirmələr etməliyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Əgər məzmun etibarilə qruplaşdırmağa çalışsaq birinci məsələ koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin və xalqının birlikdə verdiyi mücadilədir. İkinci məsələ isə Azərbaycanın bu və ya digər məsələlərlə bağlı qurduğu beynəlxalq əməkdaşlıq, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu ilə bağlıdır. Üçüncü isə Prezidentin məhz bu kontekstə ilk baxışda ötəri kimi toxunduğu ancaq əslində isə strateji məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərdir, verdiyi olduqca ciddi mesajlardır. Ona görə də xüsusi olaraq bu məsələnin üzərində dayanıb bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Əvvəla bir daha aydın oldu ki, problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrləri problemin həlli üçün lazımi səylər göstərməyiblər və ona görə də bu günə qədər problem həll edilməmiş qalır. İkincisi Minsk qrupunun xüsusi müşahidə missiyası işğalçı ölkənin qeyri-qanuni məskunlaşma aparmaq siyasətinə göz yumur, belə faktları hazırladıqları hesabata salmırlar. Ona görə Azərbaycan Prezidenti bildirdi ki, ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir”.
H.Babaoğlu vurğulayıb ki, bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur. Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Düşünürəm ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər əslində Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır və hər iki tərəf bu məsələni ciddiyə almalıdır. Başqa bir mühüm ismarıc isə ondan ibarət idi ki, danışıqların imitasiya edilməsi artıq mümkün deyil, Azərbaycan artıq konkret mövqe tələb edir. “Çünki öz torpaqlarının daha artıq işğal altında qalmasını qəbul edə bilməz. Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər. Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir. Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu fikirlərdəki əsas məzmun, “nala -mıxa” vurmaq dövrünün artıq arxada qalması ilə bağlı olan fikirdir. Azərbaycan artıq aydınlıq tələb edir. Doğrudan da Minsk qrupu məsləyə aydınlıq gətirib konkret mövqe ortaya qoymalıdır. Belə loyallıq və qeyri-müəyyənlik çox da davam edə bilməz. Ona görə də Azərbaycan Prezidentinin səsləndirdiyi haqlı, beynəlxalq hüquqa əsaslanan fikirlərə Minsk qrupu cavab verib öz mövqeyini izah etməli, nə üçün problemin bu günədək həll edilmədiyinə aydınlıq gətirməlidir. Axı 1994-cü ildə atəşkəslə bağlı razılıq əldə edilərkən əsas şərt o idi ki, Minsk qrupu sülh yolu ilə problemin həllinə nail olmağa çalışacaq. İndi ya bu problem nəhayət sülh yolu ilə həll edilməli, ya da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün digər məqbul variantlara əl atmalıdır. Ona görə də Azərbaycan Prezidenti bir daha Aprel döyüşlərini xatırlatmaqla, Milli Ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Prezident bir daha bildirdi ki, biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın. Düşünürəm ki, Minsk qrupu vəziyyət daha da gərginləşmədən öz missiyasını yerinə yetirməklə bağlı konkret addımlar atmalı, səsləndirilən fikirlərə tezliklə öz münasibətini bildirməlidir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59

